Предыдущая публикация
Hadisə Kaes regionunun Keniba rayonunda baş verib.
Məlumata görə, qızıl axtaran bir qrup qadının işlədiyi kustar mədənin üzərinə ekskavator düşüb. Anonim şərtlərlə agentliklə danışan mənbənin məlumatına görə, azı 48 nəfər hadisə yerində ölüb, daha 10 nəfər ağır xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.
"Bəzi mənbələr təxminən 50 nəfərin öldüyünü bildirsə də, hazırda dəqiq rəqəmi təsdiqləmək çətindir, çünki bəzi xəsarətlərin ağırlığı səbəbindən ölüm sayı istənilən an arta bilər", - rəsmi şəxs "Xinhua"ya söyləyib.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев