Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunur ki, hazırda ölkədə epidemioloji nəzarət tədbirləri gücləndirilib, pasiyentlərdən götürülən nümunələr laboratoriyaya göndərilib.
"2024-cü ilin oktyabrından dekabrına qədər xəstələrdən ümumilikdə 1 144 nümunə toplanıb, nəticədə metapnevmovirusa iki yoluxma halı qeydə alınıb", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər əlamətlərlə müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edə bilər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев