XVIII əsrdə Hindistanın Maysur torpağının hakimi olan Tipu Sultan üçün maraqlı bir oyuncaq pələng düzəltmişdilər.
Bu oyuncaq Sultanın adına uyğun olaraq "Tipu pələngi" adlandırılmışdı.
Maysur torpağını idarə edən sülalənin gerbində, məhz, zolaqlı yırtıcı təsvir olunmuşdu. Buna görə də Sultana belə bir hədiyyə vermişdilər, amma səbəb təkcə bu deyildi. İş ondadır ki, Tipu Sultan həm də Hindistanı işğal edən ingilislərin ən böyük düşmənlərindən biri idi. O, bacardığı qədər Britaniya ordusuna müqavimət göstərirdi. Heç şübhəsiz ki, bu oyuncaq Sultanı xeyli sevindirmişdi.
Bu, sadəcə oyuncaq-pələng deyildi və indiyə qədər muzeydə qorunub saxlanılır. Oyuncaq demək olar ki, tam ölçüyə uyğun olaraq hazırlanmış iki fiqurdan ibarətdir. Birinci fiqur pələngin özüdür. Onun yan tərəfindən kiçik bir qapı açılır və burada o qədər də böyük olmayan bir orqan musiqi aləti yerləşir.
Yırtıcı Britaniya əsgərinin üzərinə atılmış vəziyyətdə qalır. Quraşdırılmış mexanizmlərin sayəsində, Britaniya əsgəri bu zaman qışqırıq səsləri çıxara bilir, pələng isə nərə çəkir.
Britaniyalılar bu oyuncağı XVIII əsrin sonlarında Tipunun sarayına basqın edən zaman ələ keçirmişdilər. O zamandan sonra "Tipu pələngi" Böyük Britaniyanın müxtəlif muzeylərini dolaşmaqdadır.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев