Qadının özünə gələcək həyat yoldaşını seçməyində ən mühüm amillər, vəsflər hansılardır?
Cavab: Həmd Allaha məxsusdur.
Həyat yoldaşı seçərkən qadın üçün ən mühüm amillər, vəsflər kişinin əxlaqı, rəftarı və dininə bağlılığı, imanıdır. Mal-dövlət, sərvət və nəsil-nəcabət ikinci dərəcəli məsələlərdir. Ən mühüm amil budur ki, gələcək ər dindar və gözəl əxlaq sahibi olmalıdır. Çünki kişi dininə bağlı biri isə və gözəl əxlaqa sahibsə, qadın heç bir şey itirmir: kişi onu saxlayarsa (onunla evlilik həyatına davam edərsə) ona gözəl baxacaq, gözəl davranacaq və boşayarsa üzrlü, məntiqi əsasa görə boşayacaqdır. Bundan əlavə, dindar olan və gözəl davranan əxlaqlı kişi qadın üçün və onun uşaqları üçün bir nemət, bərəkət olacaqdır. Çünki uşaqlar ondan gözəl rəftar, əxlaq və dinlərini öyrənmiş olacaqlar. Lakin gələcək ər bu vəsflərə sahib biri olmazsa (dindar olmazsa) (qadın xeyirlisi budur ki) ondan uzaq olsun. Xüsusilə də namaz məsələsinə laqeyd, etinasız yanaşan və yaxud içki içdiyi məlum olan, tanınan kişilərdən uzaq olsun. Bundan Allaha sığınırıq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев