Sanki dünya bir anlıq dondu və məni keçmişimə qaytardı...Susdum...Kimsəni görməz,kimsəni eitməz oldu gözlərim,
qulaqlarım...O qədər gözəl günlər yaşamışıqki bərabər,o qünlərin saniyələri üçün darıxdım...Niyə,nədən oldu oldu bu ayrılıq?...Kimlər girdi aramıza?...Kimlər son qoydu bərabərliyimizə?...Sən məndə,mən səndə yaşarkən necə yad olduq birimizə...Səsinlə,sözlərinlə,varlığınla yaşayan mən indi adının belə yanımda çəkilməsini istəmirəm...Çox uzaqlaşdıq...
İndi yaşasamda,deyib-qülsəmdə əksik hiss edirəm özümü...Çünki həm yaralı həm də çox təkəm...Sənsiz neçə dəfə düşdüm bu həyatda xatırlamıram..O qədər çox vuruldumki arxamdan doğru və yalanıda ayıra bilmirəm...Ağır qəlir mənə sənsiz həyat....Ürəyimə və kürəyimə vurulan yalanlar kədərlə yüklədi həyatımı... Daşıya bilmirəm artıq bu yükü..Sənə üsyan etmirəm adamım...Üsyanım həyatımıza girib bizi ayıranlaradır... Onlar məndə nə söyləyəcək söz,nə də tökəcək bir damla yaş qoymadılar...İndi söylə sevdiyim,kədərlə keçən bir ömür sevinclə əvəzlənə bilərmi nə vaxtsa?..Bu mümkündürmü?..Eqer mümkündürse bir təsəlli söz yaz mənə...Həyata səninlə yenidən bağlanmaq üçün tək kəlmə...Sənə Ehtiyacım Var -kimi..✍️🥀
#AE
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев