Xocalıda babam qalıb. Xocalıda igidliklə həlak olmuş milli qəhrəmanımız Bakir Hüseynovun 7 yaşlı nəvəsinin dilindən yazdıqlarım.
Dağ başına duman qonur,
Ürəyimi qəmlər yonur.
Dodağımda sözlər donur,
Od –ocaqlı obam qalıb,
Xocalıda babam qalıb.
*****
O, atamın atasıydı,
Bir tayfanın butasıydı.
Əl uzatsam çatasıydı.
Od –ocaqlı obam qalıb
Xocalıda babam qalıb.
*****
Gələr mənə nağıl deyər,
Öyüd verər, ağıl verər.
Bütün eli sevindirər,
Od- ocaqlı obam qalıb,
Xocalıda babam qalıb.
*****
Nə müddətdir yolu bağlı,
İgidlər var qolu bağlı.
Düşməndir sağ-solu bağlı,
Od- ocaqlı obam qalıb,
Xocalıda babam qalıb.
*****
Top-tüfəngin kəssin səsi,
Gəlsin qələbə müjdəsi,
Ürəyimdə yurd həvəsi
Od-ocaqlı obam qalıb,
Xocalıda babam qalıb.
MEHDİYEVA SİMUZƏR ƏSGƏR qızı
Ağdam rayon Quzanlı qəsəbəsi
Təcili Yardım xəstəxanasının tibb bacısı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев