Qartal balası cücələrlə bir yerdə böyüyür və getdikcə onlara oxşamağa başlayır: tükləri onlar kimi səliqəsiz, soxulcan axtarışında torpaq qazan, uçmağa cəhd edirmiş kimi qanadlarını çırpan.
İllər keçir və bir gün böyümüş qartal səmada qürurlu şəkildə süzən bir quş görür. O quş qeyri-adi lətafəti ilə böyük qanadlarını arabir çırparaq havanı yarırdı.
Valehlənmiş qartal tez ətrafındakılardan soruşdu:
- Bu kimdir?
- Bu qartaldır - bütün quşların şahı, yanındakılar cavab verdi. O, səmalara mənsubdur. Biz isə toyuqlarıq, biz yerə məxsusuq. Olar kimi əsla ola bilmərik.
Bala qartal toyuq kimi yaşadı və toyuq kimi də öldü, çünki o, özünün toyuq olduğuna inanırdı...
Ətrafımızdakılar bizə təsəvvür etmədiyimiz qədər çox təsir göstərir, bunu istəsək də istəməsək də. Digərlərinin sizi necə görmələri sizi qətiyyən məhdudlaşdırmasın.
_________________________________________________________________________________
Həyatımızı tərsinə yaşasaydıq???
Bir anlığa həyatımızı tərsinə yaşadığımızı düşünək…Yəni taxta bir tabutun içərisindəsiniz. Hamı qarşınızda sıraya durub göz yaşları içərisində dua edir. Bu vaxt tabutdan qalxırsınız. Müdrik, ağıllı, təmkinli…Sizə qarşı sonsuz bir ehtiram var. Oğullarınız, qızlarınız, nəvələriniz və hətta nəticələriniz hamısı ətrafınızdadır. Maşınınıza oturub evinizə gedirsiniz…Evinizə gəlirsiniz. Hazır ev, hazır maaş…Rahatlıq içərisində yaşayırsınız. Səhhətiniz də yavaş-yavaş düzəlir. Artıq özünüzü daha gümrah hiss etməyə başlayırsınız. Və bir gün müdir və ya təcrübəli bir işçi kimi işə başlayırsınız. Hamı qarşınızda dik durur.Get-gedə “formaya düşürsünüz”. Gözəl günlər başlayır. Və bir gün müdir sizə universitetə getməyi təklif edir. Artıq ata-ananız da yanınızdadır. Atanız “Çox işlədin ,evə qayıt, oxumağa başla,”-deyir.Sonra məktəb illəri gəlir, Artıq sizi məktəbə ananız və ya atanız aparıb gətirməyə başlayır. Maşın sürməyə də ehtiyacınız yoxdur.Bir gün isə sizi məktəbdən çıxarırlar: “Artıq evdə otur, oyuncaqlarınla oyna,”-deyirlər. Yeməyiniz hazır, içməyiniz hazır. Və bir gün ananız sizə süd verməyi qərara alır. Artıq hara getsəniz, yeməyiniz yanınızdadır.Bir gün də qaranlıq və isti bir mühitə düşürsünüz. Qidalanmaq üçün ağzınızı açmağa belə ehtiyac yoxdur. Səs-küydən uzaqsınız. Kiçilir, kiçilir bir hüceyrəyə çevrilirsiniz. Və bir gün həyatınız sona çatır…Əslində bu yazıdan çox nəticə çıxarmaq olar. Deməli, ölümü öldürmək olmaz. Həyata istər əvvəldən, istər axırdan başlayaq, əvvəl-axır “ora” gedəcəyik.Həyat istər ölümə doğru getsin, istər doğuma, yenə Ona yaxınlaşırıq, yolumuz Onadır.Və imtahan…
Əsas məsələ həyata haradan başlamaq deyil, həyat imtahanından necə çıxmaqdır…
________________________________________________________________________________________________________
Daha çox stat yazacaq vaxt tapacam mı, bilmirəm.Çünki artıq bir şeylərə daxil olmaqla məşqul olacam.Nədən bəhs elədiyim mi və ya belə bir şeyin başqasının yaşadığını bilmir olsanızda mən sizə deyirəm, bunlar baş verir.Çünki bu şeylərin heç olmadığını deyən insanlar var.Onlar 16 yaşlarına keçəndə, 15 yaşında olmağın nə olduğunu unudan insanlardır.Bir gün bunların 'hekayə' olacağını və şəkillərimizin 'köhnə şəkillər' olaraq qalacağının, fərqindəyəm.Hamımız birilərinin anaları, ataları olacağıq.Ama bu anda baş verənlər, bu anlar hekayə deyil.Burdayam, təsəvvür eliyirəm, bu o qədər gözəldir ki.Görə bilirəm, çünki bu yaşadığımın kədərli hekayə olmadığını anladığım o an.Maşınla bir yolda gedərkən, binalardakı işıqları görürsən və hər şey sənin içini heyranlıqla doldurur.O yolda, dünyada ən çox sevdiyin insanlarlar o musiqiyə qulaq asırsan.Bax o anda, and içirəm ki, Biz SONSUZUQ!
________________________________________________________________________________
Mahnıları çox vaxt əsas yeri üçün dinləyərik.Keçid sözlərini o qədər də ciddiyə almarıq.Çünki onların sıxıcı olduğunu düşünərik.Amma gəlin qəbul eliyək ki, mahnın sadəcə əsas yerini çox dinlədikdən sonra, o mahnı da sıxıcı gəlməyə başlayır.Bəzən mahnının keçid yerini dinlədikdə, əsas yerin nə üçün bu qədər böyük məna kəsb etdiyini anlayırsan.Həyat da belədir.Əgər sırf böyük şeylərə vaxt ayırmağa çalışsanız, çox daha böyük şeylər itirəcəksiniz.Demək istədiyimi odur ki, kiçik şeylərdən də həzz almağı öyrənin.Yoxsa birgün geriyə dönüb baxdıqda, nələr itirdiyinizi üçün çox peşman olacaqsınız.Unutmayın ki, həyat xırda şeylərdən ibarətdir, siz sevsən onlar böyüyər.
Təkcə əsas yeri olan mahnılar olmur.
________________________________________________________________________________
Həyatda elə mərhələlər var ki, onlar geridə qalır və bir daha onlara qayıtmırsan. Onlar bitir.
___________________________________________________________________________________
Düşüncə
Mənimki
Bəlkə də bu gün nələrinsə tam zamanıdır.
Həmişə daha çoxunu istədiyimiz üçün əlimizdəkiləri itirdik.
Bilirsiniz ki, sehrbaz sirrini açıqladıqdan sonra, artıq alqışlanmaz.
Dəyişdirə biləcək şansım olsaydı, yenə eyni şeyi edərdim. +
Hamımız ölürük ama fərqli sürətdə.
Qadınlar sevişə bilmək üçün səbəbə ehtiyac duyarlar. Kişilər yalnız bir yerə.
Hərdən elə olur ki, içində deyiləsi çox sözün olar amma bunu bir cümləyə sığışdırıb dilə gətirə bilmərsən..
Xəyallarına o qədər alışdım ki, gerçəyin gəlsə belə yerini verməz..
Ümid hər zaman var amma: zaman qısa, yol uzun, mən isə yorğunam.
Həyatını itirməkdən daha pis bir şey vardır, həyatının mənasını itirmək.
Görəndə yolumuzu dəyişdiyimiz insanları bir zamanlar çox sevmişdik halbuki..
Vaxtı necə öldürməyi fikirləşirik ama bizim özümüzü öldürən elə vaxtdır.
Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir.
Dostum qadınlar 'pivə' kimidir. Yaxşı iy verərlər, yaxşı görünərlər. Bir dənə içdikdən sonra birini daha istəyərsən. Lakin bir dənəylə doymazsan, başqa bir 'qadın' içmək istəyərsən.
Stəkanı yarısı dolu ya da yarısı boş olaraq qiymətləndirməniz, stəkanın içindəki suyu ortadan qaldırmaz.
Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir.
Bu dünyada inandığım iki insan var.Biri özüm, digəri sən deyilsən.
Mənfi vurma mənfi müsbət edəcək.Belə yazılacaq, belə bilinəcək. Kimsə "niyə?" deməyəcək!
Gələcəyi öngörməyin ən yaxşı yolu gələcəyi özün yaratmağındır.
Gələcəyi təxmin eləməyin ən yaxşı yolu gələcəyi özün yaratmağındır.
Gözlərdə yaş yoxsa, ruh gökkuşağına sahib ola bilməz.
Həmişə işıqlıq tərəfə baxmaq gözünüzü kor edə bilər.
Yaxşı qadın ətir kimidir. Nə adı yaddan çıxar, nə də qoxusu unudular...
Hər kəs gözlərinizi tuta bilər ancaq ürəyimizi tutması üçün çox xüsusi olmalıdır.
Edilməyə dəyər hər şeyi etməyə dəyər.
Bəzən bir mahnı dinləyərsən və gözünü bağlayarsan.O sənin bütün başa salmaq istədiklərini başa salar....
"Əvəzolunmaz olmaq üçün, həmişə dəyişmək lazımdır..."
"Əvəzolunmaz olmaq üçün, həmişə dəyişmək lazımdır..."
Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər!
Mənə qalsa sevərdim ama mənə qalmadı.Başqalarına qaldı...
İllər sonra qarşılaşarkən "köhnədən dostum olub" deməyə utandığım insanlar var.
Budağından şübhə etdiyin ağacın, kölgəsində dincəlməyəcəksən...
Andı çox olan cəmiyyətin yalanı da çox olar.
Biri danışmağa başlayan kimi "vəziyyət bildiyin kimi deyil" sözünü işlədirsə,əmin olun vəziyyət elə tam sizin bildiyiniz kimidir...
Qaynaq: http://tr.wikiquote.org/wiki/Anonim & http://tr.wikiquote.org/wiki/Konular_listesi ________________________________________________________________________________
Get demirəm ama qal demək də gəlmir içimdən.
Həmişə qalmaq üçün minlərlə səbəb var, amma biz birini tapırıq, getmək üçün.
Sənin dodaqların şərab kimidir, Və mən sərxoş olmaq istəyirəm...
'Tanımadığınız adamlara' güvənməyin deyirlər. Guya 'tanıdığlarımıza' güvəndik də nə oldu ?! +
Bəzən sadəcə onun sənə baxmağını istəyərsən. Çünki baxışları dəli edər adamı.
"Biz yüksəldikcə, uça bilməyənlərin gözündə kiçik görünərik."
Uşaqkən itməkdən qorxurdum, indi isə itirməkdən...
Əgər birini aldatmağı bacardınsa, onun axmaq oIduğunu düşünmə! Yalnız sənə layiq olduğundan daha çox güvənmişdir...
"Əvəzolunmaz olmaq üçün, həmişə dəyişmək lazımdır..."
Uzaqlara getmək deyə bir şey var və kimə baxıramsa hər kəs orda bir yerlərdədi...
"Həmişə əyilən baş olmaqdansa, başsız olmaq şərəfdir."
"Ulduzları sayarkən, ayı itirməyin..."
"Başqalarının səni qiymətləndirməsinə imkan vermisənsə, məhv olmusan deməkdir. Çünki heç kim səni özündən yüksək qiymətləndirməyəcək..."
"Ən böyük acı, başqalarıyla paylaşmağa cəsarət edə bilmədiyin ağrıdır..."
Sən danışmağa tənəzzül etməzsən susqun sanarlar, və hər şeyi əhəmiyyətsiz hesab etdiyini düşünərlər. Bilməzlər ki, bir danışacaq olsan üzünə baxacaq üzləri qalmaz.
Başlamaq üçün mükəmməl olmağa məcbur deyilsən; Lakin mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən!
İnsanları aldatmaq onlara aldadıldıqlarını başa salmaqdan daha asandır...
Sikiylə düşünən bəylər və pul qabıyla dəyər verən qadınlar olduğu müddətcə eşq sadəcə şairlərin bildiyi bir sirr olaraq qalacaq.
Təcrübəmə görə bir qız nə qədər gözəldirsə o qədər də ağılsızdır...
Bağışlamaq həmişə bir duyğu kimi düşünülər. Əslində isə duyğuların sona yetməsi deməkdir...
Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər!
Lakin dünyada elə insanlar var ki, onlara birinci dəfə rast gəldiyimizə baxmayaraq, ilk görüşdən onlarla yaxın oluruq..
Bəzi münasibətlərə dostluq az gələr, eşq isə həddən artıq çox...
Mənə qalsa sevərdim ama mənə qalmadı.Başqalarına qaldı...
"Bir vaxt gəlir, sən anlayırsan ki, bəzi insanlar ancaq sənin ürəyində qalacaq.Həyatında yox..."
İnsanları məni anlamadıqlarını fərqinə vardığımda, susmağı seçdim.Elə bir susdum ki, susmaq 'ana dilim 'oldu...
Belə getsə yoxluğunun səssizliyindən 'kar' olacam.
Dəniz kimiyəm.Ətrafım doludur, içim isə boş.Hərdən gəmilər gəlib gedir...
Mənim hisslərimi çox ifadə edə bilmirəm, Sən çox anla.
Heç bir şey deyil də, sevdiyin insanların dəyişməsi çox təsir edir.
Qulaqcığın verdiyi xoşbəxtliyi verməyən insanlar var.
İllər sonra qarşılaşarkən "köhnədən dostum olub" deməyə utandığım insanlar var.
Ağıl görünən bir şey deyil, ama yoxluğu çoxunda bilinir. +
Beş barmağın beşidə bir olsaydı, orta barmağı göstərməy heç kimə bu qədər girməzdi!
Əslində 'sənsizlik' sözünü belə sevmişdim.Sən'lə başlayır deyə...
Egoist biri deyiləm, ama mənim dünyamda insanlar 2 yerə bölünür: digərləri və mən...
"Talant uğura inanmaq qabiliyyətidir. Kiminsə birdən-birə
özündə vergi kəşf etməsi cəfəngiyatdan başqa bir şey deyil..."
İlk barışan biri olmaq-alçalmaq deyil, insanın xasiyyətiinin ən gözəl yanıdır..
Budağından şübhə etdiyin ağacın, kölgəsində dincəlməyəcəksən...
Andı çox olan cəmiyyətin yalanı da çox olar.
"Talant uğura inanmaq qabiliyyətidir. Kiminsə birdən-birə
özündə vergi kəşf etməsi cəfəngiyatdan başqa bir şey deyil..."
İnsanlıq elə bir paltardır ki, hər kəsin əyninə yaraşmır...
"Silmək o qədər asandırsa, deməli yazılan elə də böyük bir şey deyildir..."
"Bəzən də avtobusun sol pəncərəsindən ətrafa baxarkən, sağ pəncərəsindən qaçırdıqlarımızdan ibarətdir həyat..."
Biri sizi dayanmadan tənqid edib pisləyirsə, sizdə heç vaxt sahib ola bilməyəcəyi nələrsə var deməkdir..əmin olun..
Aldığımız nəfəsi belə geri qaytarırıqsa, deməli bu həyatda heç bir şey bizim deyil.
Əgər birinin səndən uzaq durmağını istəyirsənsə, ona borca pul ver.
Həyatın boş olduğunu fikirləşən insanların ürəyi olduqca dolu olur.
Biri danışmağa başlayan kimi "vəziyyət bildiyin kimi deyil" sözünü işlədirsə,əmin olun vəziyyət elə tam sizin bildiyiniz kimidir...
(Sən məni səhv başa düşdün) Kimsə səhv başa düşülməz, bu özündən nifrət edənlər uydurduğu bir şeydir.
Ayıbdır deye örtdüyümüz bədənlərimiz, düşüncələrimizdən daha saf və təmizdir...
İnsanları qınamaq onları başa düşməkdən daha asan olduğu üçün, çoxları birincini seçir həyatda...
Bəzən düşdüyün o yerdən çıxmaq çətinliyi deyil, uzadılan bir cüt əl görə bilməmək yorar insanı..
Yelləncəyin digər ucuna oturaraq sayəmdə yüksələn insanlara ürəyim darıxanda qalxa biləcəyimi söyləyin.
Böyük insanların idealları, sadə insanların isə xəyalları vardır.
Qorxaraq yaşayırsansa həyatı, onda yalnız seyr edəcəksən!
Sənə inanan birini heç vaxt aldatma və səni aldadan birinə heç vaxt inanma!
Getmək istəyənləri saxlamıyın, qoyun getsinlər... Və onlar qayıdanda gec olmur, sadəcə lazım olmurlar...
Hər kəsdə fərqlilik var.Əgər səndə fərqlilik yoxdursa, deməli özün fərqlisən...
"Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə, heç bir önəmi yoxdur!"
Bəzən qarşımızdakına öz adıma çox üzüldüm deyə bilmədiyimiz üçün sənin adına çox sevindim deyərik.
"Üzə danışaraq hər problemini həll edə bilərsən. Amma bəzi insanlar gəlir qarşına, hansı üzünə danışacağını bilmirsən."
Qadınlar onlara nələr vəd olunduğuna deyil, onlar üçün nələrdən imtina olunacağına baxar...
Əvvəlcə oyunun qaydalarını öyrənməlisiniz, sonra da hamıdan yaxşı oynamağı...
Özün olmaqdan məmnun ol çünki dünyada bir yerlərdə biri sənin kimi bir insan axtarır...
Şüşə kimi olacaqsan bu həyatda səni qıranı kəsəcəksən!
Heç bir insan heç vaxt özünü olduğu kimi 'anlatmır'...Həmişə bəzi şeylər gizlədir.
"Yanlış insana dəyər vermək köynəyin düymələrini səhf keçirməy kimidi, yanlış etdiyivi sona gəlincə anlayırsan."
"Bir misra daha söyləsək sanki her şey düzələcək..."
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев