Britaniyada Cinayətkarlıqla Milli Mübarizə Agentliyinin təşəbbüsü ilə Azərbaycandan gələn çirkli pullala bağlı 3 dəfə məhkəmə qurulub.
Birinci dəfə Britaniyada ilk İzahedilməz Sərvət Sərəncamının (UWO) hədəfi olmuş Zamirə Hacıyeva sərvətinin mənbəyini izah edə bilməyəcəyi təqdirdə Londondakı 12 milyon funt sterlinqlik evini və qolf meydançasını itirmək təhlükəsi ilə üzləşib. Mətbuat ona məxsus zinyət əşyalarının müsadirə olunduğunu yazıb.
İkinci dəfə Cəlal Əliyevin qızı - DJ Mikaela Jav adı ilə tanınan İzzətxanım Cavadova və ərinin Azərbaycandan gətirdiyi iddia olunan 4 milyon funt sterlinq (9 milyon AZN) müsadirə olunaraq İngiltərə büdcəsinə verilib.
Üçüncü dəfə Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15,3 milyon funt sterlinq vəsaitin 5,6 (13 milyon AZN) milyon funt-sterlinqini müsadirə edib.
Bu üç məhkəmə halından sonuncu siyasi xarakterlidir və həm də dövlətə qarşıdır, çünki müsadirə olunmuş vəsaitin sahibi deputat Cavanşir Feyziyev hüquqda siyasi ifşa olunmuş şəxs (politically exposed person) hesab olunur.
Britaniyada Cinayətkarlıqla Milli Mübarizə Agentliyinin rəsmiləri "Azərbaycan Camaşırxanası" sxemi ilə əlaqəli pulların müsadirə edilməsi davam edəcəyini bildirib. Sizcə, növbədə kimdir?
Gubad Ibadoglu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев