Ləqəbi (ayaması) - "Dağ pişiyi" olan bu şəxs barədə əfsanələr hələ də el arasında dolaşmaqdadır.
MUSA ƏHMƏD OĞLU ƏLƏSGƏROV- 1888 ci ildə
Bərmək (Quba xanlığı) mahalının Xızı kəndində anadan olub.
Ailəsi 1900-cü ildə Bakıya köçüb.1918-ci ildə türk ordusu Bakıya gələndə (sentyabr) Nuru Paşa "Dağ pişiyi"nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə
yüzbaşı (leytenant) çini verilməsi haqqında fərman imzalayıb.
1920-ci ilin əvvəlində Nuru Paşanın dəvətilə Türkiyəyə gələrək, Ən-vər Paşaya təqdim edilib.Burada onun şərəfinə düzənlənən ziyafətdə Ənvər Paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.1934-cü ildə Türkiyədən Vətənə qayıdıb və az sonra Sumbat Topu-rudze tərəfindən həbs olunub.1938-ci ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb.Əmisi Məşədi Məlikin qızı Minaxanımla ailə qurmuşdu. Övladları olmayıb.
1956-cı ildə Bakıda vəfat edib.
Dağlı balası kasıb ailədə dünyaya gəldiyindən imkansızların acınacaqlı və-ziyyətinə sakit baxa bilmirdi. “Axı, niyə bizlər, türklər dura-dura ermənilər, ruslar, yadellilər torpağımızda ağalıq etsin, özümüzü qul təki işlədib var-yoxumuzu soyub aparsınlar", – deyərdi.Səxavətli, əliaçıq, rəhmli bir adam kimi tanınan Musa ey-ni zamanda düşmənlərinə, erməni neftxudalarına, xüsusən də qoçularına qarşı son dərəcə amansız, barışmaz olub.Agamusa Nagiyev ogurlananda onun azad olunmasinda dagi Musanin da rolu olub.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2