Hüzeyirin torpağını,Eləsgərin gül bağını,
Göz görəsi axar-axar,Qan gölü ile suvardılar.
Qoy Qırılsın qara millət,Ola bilmez başqa söhbət..
Lay Lay Azerbaycan lay lay, Ayılma yuxudan lay lay
Yardımların bazardadı,Millət kasıb,azardadı,
Yaralılar bilməlidi,Pulu yoxsa ölməlidi,
Bəzileri zor ad aldı,Sabun yaman tez azaldı.
Lay Lay Azerbaycan lay lay, Ayılma yuxudan lay lay
Getdi əldən Şuşa,Laçın qapıları tay-tay açın.
Xankendindən yoxdu xəbər,Qubadlıdan qalmayıb əsər,
Kəlbəcərin qızıl dağı,isti suyu,tər bulağı
Yağılara oldu qismət,satan-alan görür ləzət.
Lay Lay Azerbaycan lay lay, Ayılma yuxudan lay lay
Xocalını unutdular,Zəngilana şer atdılar,
Millət qalıb ah narazı,çəkin bu daş bu tarazı
Cəbrayılda oldu işğal,düşmən orda qurdu manqal,
Şəhidlərin artdı sayı qurtarmadı torpaq payı
Lay Lay Azerbaycan lay lay, Ayılma yuxudan lay lay
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев