Qardaş deyə deyə girişən də var.
Hətta evlilərə ilişən də var.
Bu nə həyəcandır ? Nə dərddir, aman!
İnşaAllah gələcək İmami Zaman.
Sosial aləmlər yıxdı milləti.
Әxlaqsız seriallar sıxdı qeyrəti.
Feyzbuk apardı abır-isməti.
Yolu kəsə bilmir hətta ki, Quran.
İnşaAllah gələcək İmami Zaman.
İndi kanallarda program çoxdu,
Ziddinə gedəndə yönnüsü yoxdu.
Hər gələn deşiyə burnunu soxdu.
Bu gün əxlaqsızı istəyir ekran.
İnşaAllah gələcək İmami Zaman.
Cavan qızlarımız kafedə, barda.
Kəndli qızlarımız toyda, mağarda.
Qanı qaynayan gəlinlər hətta.
Әcaib oynayıb eyləyir duman.
İnşaAllah gələcək İmami Zaman.
Hicab geyib min hoqqadan çıxdılar.
Çadra altdan naməhrəmə baxdılar.
Ümid verib, ümidləri yıxdılar.
Әzab çəkəcəklər bilirəm hər an.
İnşaAllah gələcək İmami Zaman.
Әxlaqdan dəm vurur, baş əyir rusa.
Hicaba lağ edir, tumanı qısa.
Dodağı silikon, sinəsi kasa.
Sizdən vicdanlıdır sürünən ilan.
İnşaAllah gələcək İmami Zaman.
Kimin pulu varsa ürəkdi, candı.
Kimin pulu yoxsa çöpdü, samandı.
Әlac axtarırsan? ƏӘlac Qurandı.
Oxu Quranıvı çoxalsın iman.
İnşaAllah gələcək İmami Zaman.
Likedən ötəri söyüş söyənlər,
Anasın söyənlər, bacı döyənlər.
Qeyrətdən danışıb, fahişə öyənlər,
Sizə baxıb qəlbim ağrıyır yaman.
İnşaAllah gələcək İmami Zaman.
Ağıllı kişilər ya qəbirdədi.
Ya qara zindanda, ya zəncirdədi.
İndi fahişələr ön efirdədi.
O gəlsə, düzələr edirik iman.
İnşaAllah gələcək İmami Zaman.
Erməni, vəhhabi nəcasətləri,
Çoxdur bu millətə əziyyətləri.
Saldı içimizə parazitləri.
Varmı halımıza ürəyi yanan ?
İnşaAllah gələcək İmami Zaman.
Vətən namusumuz, vətən arımız.
Vətən dövlətimiz, vətən varımız,
İndi qeybdədir, bizim yarımız.
Zəfər Onunladır, ey Azərbaycan.
İnşaAllah gələcək İmami Zaman.
Baxıram millətə, axır göz yaşım.
Gedirik zillətə, ayıl qardaşım !
Nə dostum qalıbdır, nə də sirdaşım.
Bu həyat canımı eyləyir viran.
İnşaAllah gələcək İmami Zaman.
Bir də Peyğəmbərlər təhqir olunsa,
Böhtanlar atılsa, tənqid olunsa.
Bunu bilsin Amerika, Fransa.
Әlbət bir gün qisas alar müsəlman.
İnşaAllah gələcək İmami Zaman.
Murtəza, millətin ümid yeri var.
Həm Quranı, həm də ƏӘhli Beyti var.
Dönmərik Məhdidən, Odur bizə yar.
Hər an bizimlədir, Sahibi-dövran.
İnşaAllah gələcək İmami Zaman.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев