GÖRMÜRSƏN?
Gözlərimə kədər dolub duman tək,
Qoydun məni yarı yolda yaman,tək,
Günüm ötür aram-aram zaman tək,
Sənsiz saralıram,məgər görmürsən?!
Dodağında təbəssümün olaram,
Məhəbbət bağında gülün olaram,
Eşq yolunda yanıb külün olaram,
Həsrətindən mən soluram,görmürsən?!
Bir dağ idim,çəmənimi gəzmədin,
Dəniz oldum,sahilimə gəlmədin,
Şölən oldum gözələrində ,sezmədin,
Eşq yolunda qulunam mən,görmürsən?
Səsimdə qəhər var ,gözümdə kədər,
Axtarıram səni hey,axşam-səhər,
Sənsiz yaşamıram, günüm birtəhər,
Qol-qanadı sınmış quşam,görmürsən?!
Gəl Sevdanı sən incitmə ,sevdiyim,
Ollam eşqinin qurbanı ,mən deyim.
Mən gələndə ,sən gedirsən,neyniyim,
Od vurursan ürəyimə ,görmürsən?!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1