Dəstəmazda qollar necə yuyulmalıdır? Allah Taala Maidə surəsinin 6-cı ayəsində buyurmuşdur: Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəyə qədər yuyun. İzah: Ayədə qolları yuyarkən haradan başlamaq buyurulmamışdır. "Yəd" əl sözü, həm barmaqdan biləyə qədər, həm barmaqdan dirsəyə qədər və həm də barmaqdan qolun yuxarı hissəsinə, çiyinə qədər deyilir. Bu ayədə deyilir ki, dirsəyə qədər yuyulmalıdır. Ona görə də, əgər məhz barmaqdan dirsəyə yumaq lazım olsaydı, barmaqdan dirsəyə qədər yuyun deyilərdi. Bir halda ki, yalnız dirsəyə qədər yuyun deyilərək bildirilmişdir ki, yuyulması lazım olan miqdar, biləyə qədər deyil, çiyinə qədər də deyil, dirsəyə qədərdir. Ona görə də əhli-sünnənin böyük alimlərindən olan Fəxri Razi özünün Məfatihul-ğeyb təfsirində, c.11, s.163, Maidə surəsinin 6-cı ayəsinin təfsirində yazmışdır: Əgər bir şəxs qolları dirsəkdən aşağı yuyarsa, (yəni şiə kimi dəstəmaz alarsa) bəziləri bunun batil olduğunu demişlər. Lakin əhli sünnənin CÜMHUR FƏQİHLƏRİ (fəqihlərin əksəriyyəti) bunun tam iradsız olduğunu bildirmişlər. Mühüm bir sual: QURAN barmaqdan dirsəyə qədər yuyulmasını tələb edirsə, CÜMHUR FƏQİHLƏRİN (alimlərin əksəriyyətinin) fətvası QURANA ziddir. Eləcə də, QURAN dirsəkdən barmaqlara tərəf yuyulmasını tələb etmişdirsə, nə üçün Əhli-sünnə dəstəmazda qolları barmaqdan dirsəyə tərəf yuyur? Bu Qurana zid deyil? Şiə mənbəələrində peyğəmbərin dəstəmazı barədə çoxlu hədislər vardır. Zürarə İmam Məhəmməd Baqirdən (ə) Peyğəmbərin dəstəmazı haqqında soruşduqda, həzrət (ə) su gətizdirdi və Peyğəmbərin (s) dəstəmaz aldığı kimi dəstəmaz aldı. O Həzrət (ə) qollarını dirsəkdən barmaqlara tərəf yudu. Vəsailuş-Şiə, c. 1, s. 388, hədis: 1022. Deməli həm QURANDA, həm də peyğəmbərin (s) sünnəsində, qolların dirsəkdən barmaqlara tərəf yuyulmasına əmr olunmuşdur. Vəhhabiliyin mahiyyətinə aid dərsləri və onların şübhələrinə aid cavabları əldə etmək üçün, dərslər sözünü bizə yazın! WhatsApp: +98 910 46 46 307 —- Youtubeda shie12 yazıb dərslərə abunə olun.
Bir daha qrup adminlerine teşekkurler!
https://m.youtube.com/watch?v=3NveVWAIaU8
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев