(İnsan, fitrət, elm, iman, mərifət, irfan)
VİCDAN VƏ FİTRƏT
Vicdan islam tərəfindən təsdiq edilən və Allahın insanlara bəxş etdiyi fitri istedadlardan biridir. Psixologiyada insan vicdanı və ya başqa sözlə desək, insan fitrəti və onun nə olması haqda geniş bəhslər olmuşdur. Bu bəhslər dörd əsasda qurulur:
1. Həqiqət axtarışı və ya elmi vicdan; Yəni, görəsən insan, elmin özünə görə, başqa ifadə ilə desək, fitrətən elmaxtaran yaradıldığına görə sevir və onun dalınca gedir, yoxsa yox?
2. Əxlaqi vicdan; Görəsən insan fitrətən yaxşı iş görən yaradılmışdır? Yəni vicdanı onu hər an yaxşı iş görməyə dəvət edir?
3. Gözəllik vicdanı; Görəsən insan təbiətən gözəllikaxtaran və gözəlliksevən yaradılıb, yoxsa yox?
4. Pərəstiş və ya dindarlıq vicdanı. Görəsən bütün insanlar fitrətən dindar, dinsevər və Allahsevər yaranmışdır, yoxsa yox?
Kantın söylədiyi ikinci əsasdır, yəni əxlaqi vicdan məsələsidir.
MƏSULİYYƏT VƏ MÜKƏLLƏF OLMAQ MEYARININ TƏNQİDİ
Vicdandan doğan mükəlləflik və məsuliyyət hissi öz-özlüyündə insanlıq meyarı olmaq üçün kifayət etmir. Çünki insanlıq məktəbi təkcə bununla bitmir. Vicdan öz-özlüyündə hansısa bir məktəbin möhkəm dayağı ola bilməz.
İnsan vicdanı o qədər güclü deyildir ki, onun bütün varlığını idarə edə bilsin və onun tələbləri naminə hətta, canından belə keçsin. Ümumiyyətlə insan əgər hansısa bir ləzzət üçün iş görmək istəsə (hətta mənəvi ləzzət) ölümlə qarşılaşdıqda ondan əl çəkməli olur.
Deməli, Qurani-kərimin tərif etdiyi məsələ, yəni insan vicdanının xeyirxah işlərdən ləzzət alması heç bir şübhə doğurmur, amma insanlıq üçün təkcə bu kifayət etmir. İnsanlıq məktəbinin bundan daha üstün bir həqiqətə, yəni imana ehtiyacı vardır. Buna görə də kiminsə imam Hüseyn (ə)-ın Kərbəlaya gəlib, bütün cavanlarını ölümə və ailə-uşaqlarını əsirliyə verməsini, təkcə vicdanın tələblərindən doğan bir həqiqət hesab etməsi heç də düzgün sayılmaz. Çünki hər bir ləzzət axırda şəxsin özünə qayıtmalıdır. Bu isə ölümlə həyata keçiriləsi şey deyildir.
Hər şeyimiz vardı , biraz da qəflətimiz vardı..
Etiqad,Əxlaq, Tarixi mövzularla heç vaxt oxumadığımız kitablar sizlərin xidmətinə ərz olunacaq. https://t.me/Qefletdeyik
https://m.youtube.com/watch?v=3NveVWAIaU8
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев