Üşüyürəm düşüncələrima arasında...Qorxuram səhvlərimin əhatəsində. Qucaqla məni bərk-bərk öz daxilimdəki soyuqluğu hiss etməyim. Qucaqla məni bərk bərk öz səhvlərim məni incitməsin... Düşüncələrim qorxutmasın...Bir anlıq yuxuya gedim ...
Məni qucaqla..Bilirsən,əslində hər birimiz bir mələyik...Lakin bir qanadımız var...Bir mələk tək uçmaq üçün mənə kömək et,məni qucaqla...Məni qucaqla...Bir mələk tək iki qanada sahib olaq...
Nədənsə qorxuram, içimdə bir narahatlıq var. Nəyisə səhv etmişəm, ya edirəm bilmirəm...Sən sadəcə məni qucaqla
Bəzən ehtiyacımız olar daxilimizdəki bir soyuqluğu isitmək istyərik...O zaman ən yaxınlarımıza ehtiyacımız olar.Heçnə demədən belə o dəstəyi,o eyni anda sənin hisslərini paylaşmağını duymaq bizə yetərlidir.
Yaxınlarımızla paylaşacağımız o qədər hisslərimiz varki...Amma biz bəzən təkliyi seçərik. Təkliyin qaranlığında özümüzə bir işıq yaradarıq. Öz daxilindəki hissləri özünlə paylaşaraq təkliyin soyuq yatağında yuxuya getmək...Doğma qucaq olarkən nədən bəzən o soyuq yatağı seçərik?
Amma istəmirəm daha təkliyi...özümə qapanaraq ətrafdakıları incitməyi. Uzaqlaşmaq istərkən ən yaxınlarımdan sakitliyi deyil,öz daxilimi oyatmış oldum.Anladimki, təklik məni insanlardan uzaqlaşdıraraq peşmanlığa yaxınlaşdırdı.
Təkliyimlə birgə arzularıma sığınmışam.Xəyallarım qoynunda yatmışam...Bir zaman ən şirin arzularım indi məni qorxudur o təkliyin qaranlığında...
Anladımki, hər nə qədər problemin olsa belə öz daxili aləmin qapanmamaq gərəkdir...
Dünyada hər zaman yaxınlarımızı incitməməyə çalışmalıyıq. Çünki həyatda o qədər üzücü hadisələr baş verirki...Bizim köməyimiz olmadan belə.Odurki paylaşmaq gözəlkən nədən təklikdə gizlənək? Təklik düşüncələrini sənə unutdurmayacaq, yaralarını sağaltmayacaq...əksinə onları daha dərinləşdirəcək.Ağlamaq istərkən göz yaşını siləcək biri olmayacaq yanında...Məncə göz yaşlarının silinməyə haqqı vardır.Çünki heç kəs, heç nə gözlərdən yaş süzülməsinə layiq deyil.
İndi məni qucaqla, çünki daha ağlamaq istəmirəm,daha təklik istəmirəm.Sənlə olmaq istəyirəm..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3