Adətən zən bu tipdə olur:"Kameraya düşmüsünuz gəlin filan yerə".Mən bu yazımın birinci hissəsində İnzibati Xətaıar məclləsinə görə nələr olunmalıdır onu izah etmişdim.
İnzibati Xətalar məcəlləsinin 420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması; maddəsi var.Bəs bu maddələrə görə çağırmaq necə olmalıdır?Bütün normativ aktlar və hüquqi sənədlərin arasında həmçinin nələrinsə sənədləşməsi və kargüzarlıq qaydaları var.Eyni şey DYP üçün də keçərlidir.Yəni inzibati işlər üzrə icraat.Bu və ya hər hansı bir qayda pozuntusu olarsa inzibati iş necə icra olunmalıdır.
20 may 2002-ci ildə DİN naziri cənab Ramil Usubovun imzaladığı 29 may 2002-ci il Ədliyyə Naziri cənab Fikrət Məmmədovun imzası ilə 2849 nömrəsi ilə qeydə alınmış "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair TƏLİMAT" var.Və bütün DYP-nin işi bu təlimatın üzərində qurulur.
3.4. İnzibati xəta haqqında işə inzibati məsuliyyətə cəlb olunan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə o halda baxılır ki, həmin şəxs işə baxılma yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış və baxılmanın təxirə salınması barədə ondan vəsatət daxil olmamış və ya bu vəsatət rədd olunmuşdur.
Tərtib olunmuş inzibati protokolda işə baxılmanın yeri və vaxtı barədə xəta törəmiş şəxsin məlumatlandırılması barədə qeyd yoxdursa onun yaşadığı ünvana Dövlət yol polisi hissəsinə dəvət olunması barədə 3 gün müddətində bildiriş göndərilir (Təlimata 8 saylı əlavə ). Bildirişin surəti inzibati materiala əlavə edilir.
Deməli belə.Siz kameraya düşürsüz.Sizin haqqınızda protokol tərtib olunmalıdır.Amma faktiki olaraq siz yoxsunuz.Bu zaman sizin ünvanınıza bildiriş göndərilməlidir.
Eyni təlimatın daha bir bəndi:
3.6. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən, ən geci iki ay keçənədək verilə bilər. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.
Bəs nə zaman iş dondurulur?
3.8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, xətanı törədən şəxs müəyyən olunmadıqda, fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda vəzifəli şəxs icraatın dayandırılması barədə, qeyd olunan hallar aradan qaldırıldıqda isə icraatın təzələnməsi barədə qərar çıxarır.
Yəni DYP əməkdaşı sizə zəng edirsə deməli yeriniz məlumdur.Və ünvanınıza bildiriş göndərməlidirlər.Əgər bildirişə cavab verməsəniz bu zaman işin icraati dondurulur.
Daha bir maraqlı məqam isə...
6.1. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılmasında tətbiq olunan ciddi hesabat blankları, digər jurnallar, blanklar və cərimə qəbzləri BDYPİ-nin sifarişi ilə hazırlanır, mərkəzləşdirilmiş qaydada Dövlət yol polisi hissələrinə paylanılır. Dövlət yol polisi hissələri tərəfindən alınmış ciddi hesabat blankları təlimata 11 saylı əlavəyə uyğun mədaxil və məxaric jurnallarına yazılmalıdır.
Yəni sizə bildiriş göndərildiyi zaman onun surəti və nömrəsi mütləq qeyd olunmalıdır.
6.4. İcraatı başa çatdırılmış inzibati işlər qərarın icra olunduğu gündən azı bir il olmaqla növbəti təftişədək, inzibati xətalar haqqında materialların uçotu jurnalları dolduğu gündən iki il müddətində saxlanılır.
Daha bir məqam isə İXM 410-1-ci maddəyə uyğun olaraq icraatın təşkilidir.
İXM 410-1 -ci maddədə deyilir : 410-1.1. Bu Məcəllənin 151.2, 151.3-1, 151.3-2, 151-1.2, 151-1.3, 151-1.4, və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir və elektron imza ilə təsdiqlənir.
410-1.3. İnzibati xəta haqqında protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır.
410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı, həmçinin bu Məcəllənin 410-1.6-cı və 410-1.7-ci maddələri barədə məlumat verilir.
Baxdığımız maddələrin heç birində zənglə bağlı müddəa yoxdur. Yalnız bir maddədən savayı.
İXM 370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər.
Bu maddədə isə bildiriş göndərildikdən sonra telefonla xəbər vermə haqqında göstəriş var. Deməli zəng yalnız bildiriş göndərildikdən sonra edilə bilər.
Hüququnuzu bilin.
PS: Ümumiyyətlə qayda pozmaq yaxşı iş sayılmır. Qayda pozmasanız zəng və bildiriş arasında qalmayacaqsınız.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев