"Quran" sözünün beş mənası vardır. O beş
mənanı üç hissəyə bölmüşlər:
1. "Quran" söz heç bir sözdən alınmamışdır.
Əvvələr istifadə olunmamışdır. Allah onu ilk dəfə
olaraq bu asimani kitaba ad kimi nazil etmişdir. Necə ki, həzrət İsa (ə) və Musanın (ə) kitabının
adını "Tövrat" və "İncil" qoymuşdur
2. "Quran" sözü alınma sözdür və həmzəsizdir.
a) "Quran" sözü "qarn" sözündən əmələ
gəlmişdir və mənası "surələrin, ayələrin və
hərflərin bir-birinə yaxın olmasıdır". b) "Quran" "qarain" sözündən alınıb və mənası
belədir: "Quranın ayələri bir-birinə bənzərdir,
ayələr bir-birini təsdiqləyir və yozur".
3. "Quran" sözü alınma sözdür və həmzəlidir.
a) "Quran" sözü "qar" sözünün cəm mənasını
daşıyır. Ərəblər məsələn: "suyu hovuza yığdım" demək istədikdə bu sözdən istifadə edirdilər.
"Quran" sözü cəm mənasını daşıyır. Yəni
"Quran" bütün asimani kitabların səmərəsidir və
onları özündə cəm edib.
b) "Quran" tilavət mənasını daşıyır. "Quran"
sözü əslində məsdər şəklindədir, burada "oxunulmuş, oxunulan" mənasındadır. Bu məna
"kitab" sözünə bənzəyir. "Kitab" məsdərdir,
lakin "yazılmış" mənasını daşıyır.
Bu beş "Quran" mənaları arasında beşinci məna
daha üstün və münasibdir. Çünki, Peyğəmbərə
(s) nazil olan ilk ayə "oxu" olmuşdur. Həmçinin Quran kəlməsi ilk dəfə "Müzəmmil"
surəsinin 4-cü ayəsində gəlmişdir. "Müzəmmil"
surəsi nazil olma sırası ilə üçüncü surədir. Ayə
belədir: "Quranı tərtil ilə (aram-aram) oxu".
Yenə bu surənin sonunda gəlib: "Elə isə
Qurandan sizə müyəssər olanı oxuyun". Nəticə:
"Quran" sözü "qaraə" sözündən alınıb və "tilavət
etmək, oxumaq" mənasını daşıyır.
"Quran"ın mənası Allah yanında çox əzəmətli və
böyükdür. O yalnız bəşərin anlaması üçün
sözlərlə ifadə olunub. O sözlər heç vaxt tam olaraq Quranın mənasını əks etdirə bilməz.
Məna heç vaxt hərflərə sığmaz, necə ki sonsuz
dərya kiçik qaba sığmaz.
Əllamə Təbətəbai bu mətləbə işarə edərək
"Zuxruf" surəsinin 3-4-cü ayələrini şahid gətirir:
"Biz bu kitabı bəlkə siz düşünəsiniz deyə ərəbcə olan bir Quran etdik". "Həqiqətən, bu (Quran)
Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda)
uca məqam və möhkəm quruluş, dəqiq məzmun
və mətin bəyan sahibidir".
Sonra əlavə edərək deyir: "Burada "Ummul-
kitab" Lövhi-Məhfuzdur. Lövhi-Məhfuzun "Ummul-kitab" adlanmasının səbəbi budur ki, o
bütün asimani kitabların mənbəyidir. Ayədə olan
"əliyyun" sözünün mənası yəni Quran
ağılasığmaz dərəcədə yüksəkdir və "həkim"
sözünün mənası isə budur ki, Quran öz əsl
yerində bölünüb ayələrə və surələrə, kəlmə və hərflərə ayrılmamışdır. O, ərəb dilində nazil
olduğuna görə yalnız bəşərin dərki üçün
bölgülərə ayrılmışdır. Odur ki, "oxunulası hala
gətirilmiş" mənasını verən bu asimani kitabı
"Quran" adlandırmışlar.
Bilməliyik ki, indi bizim gözümüzün önündə bu Quran yalnız bəşərin dərki üçün sözlərə
bölünüb, vərəqlərə yerləşdirilib. Onun həqiqəti,
mahiyyəti Lövhi-Məhfuzda yerləşir və orada
Quran heç bir bölgüyə və təsvirə malik deyildir.
Dünyada ruhlar cism libası geydiyi kimi o, da
hərflərdən bir don geyinib. Amma o qədər əzəmətli və böyükdür ki, onun əzəməti hətta
hərflərdən belə hiss olunur. Heç kəs onun kimi
bir kəlam gətirə bilmir, baxmayaraq ki, bəşər
dilində nazil
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3