Neftçala rayonunun Xolqarabucaq kəndində “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, Vaqif Ələsgər oğlu Zeynalovun anadan olmasının 70 illik yubileyi keçirilib. Kənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndələri, ağır atletlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə veteran idmançının keçdiyi şərəfli həyat yolundan, idman sahəsində, ələ etdiyi uğurlardan danışıblar. Tədbirdə Vaqif Zeynalovun fəaliyyətindən bəhs edənlər onu 70 illik yubileyi münasibətilə təbrik ediblər. Yubilyar Gənclər və İdman Nazirliyi tərəfindən bədən tərbiyəsi və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonra Vaqif Zeynalovun şərəfinə 42 kiloqramdan 90 kiloqram çəki dərəcəsinədək olan idmançılar arasında ağırlıqqaldırma üzrə yarış keçirilib. Yarışın qaliblərinə medallar və diplomlar verilib.