Sözləri : Bəxtiyar Vahabzadə nindir
===
Sən gеtdin,elə bil dünya boşaldı,
Yaz da, köçüb getdi yeri boş qaldı.
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam,qışı neyləгəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü o gündən ürək,
Sinəmdən asılan daşı neyləгəm?
Həmişə ayrıyıq,gecə-gündüzük,
Birimiz təpəyik,birimiz düzük.
Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa,qaşı neyləгəm?
Niyə yaşayıram mən niyə sənsiz,
Nə yerə baxaram,nə göyə sənsiz.
Mənki kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neyləгəm?