36 yaşlı Vüqar Əmirovun 10 il iş təcrübəsi var. Rusiyada neft-qaz hasilatı sahəsində çalışıb. İki ildi doğulub boya-başa çatdığı ölkəyə qayıtsa da, ona burada iş tapılmır. Daha doğrusu, iş verilmir.
Vüqar Dövlət Neft Şirkətinə 11 vakansiya üzrə müraciət edib. Hər dəfə birinci mərhələdən keçib. Gileylənir ki, ali təhsilli mühəndis olmağına rəğmən, onu sürücü vəzifəsinə belə yaxın buraxmayıblar. O deyir ki, sınaq imtahanlarıı da nasaz aparatlarla həyata keçirilir.
Vüqar Rusiyada çalışdığı 10 il ərzində qaynaq-montaj işləri üzrə 140 nəfərlik heyətə təlim keçib. Ona bu müddət ərzində heç bir problem yaradılmayıb. Rahat şəkildə iş yerlərini dəyişib. İndi ötən günlərinin xiffətini çəkir.
Vüqar Əmirovun şikayəti ilə bağlı "SOCAR"-ın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, şəxsin özü şirkətə müraciət etməlidir.
Ətraflı OXU:
Kanala abunə ol -
https://goo.gl/TcM9Fm
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646