Sən mənə sevməyi sevərək öyrət
Bir yerdə həsrətə salaq qələbə
Sən mənə sevməyi sevərək öyrət
Olmasın ürəkdə daha səksəkə
Qoymayaq gözləri daha yol çəkə
İkimiz bir olaq çevrilək təkə
Sən mənə sevməyi sevərək öyrət
Ayrılıq sözünün özünü unut
Mənə gəl mənimlə özünə qayıt
Ver mənə əlləri əllərimdən tut
Sən mənə sevməyi sevərək öyrət
Dayanaq üzbəüz duraq tet a tet
Vuraq biz hisslərə eşqdən etiket
Susma öz sevgini sən etiraf et
Sən mənə sevməyi sevərək öyrət
Bu eşqi hicrana hədiyyə deyək
Ayrılıb adına başqa nə deyək
Olmazmi bir yerdə eşqə hə deyək
Sən mənə sevməyi sevərək öyrət
Sevgi elə çiçək incədən incə
Basdıraq bir yerdə onu sevincə
Başqa olanları qoyaraq dincə
Sən mənə sevməyi sevərək öyrət
Hər ürək bir eşqin qan yaddaşıdı
Sevgi bu dünyanın gözəl yaşıdı
İstəmək sevməyin təməl daşıdı
Sən mənə sevməyi sevərək öyrət
Basar ciynimizi dərd adlı şələ
Susmaqla vüsala qurarıq tələ
Mən yolu öyrətdim sən əməl elə
Sən mənə sevməyi sevərək öyrət
Ol eşqə müəllim mən də tələbə
Sən mənə sevməyi sevərək öyrət
Bir yerdə həsrətə salaq qələbə
Sən mənə sevməyi sevərək öyrət
Yetim Qacar
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев