Səudiyyə Ərəbistanı Kralı Abdulla Bin Əbdüləzizin göstərişi ilə Kəbənin genişləndirməsi layihəsi çərçivəsində, 10 il əvvəl osmanlı əsəri Ecyad Qalası dağıdılaraq yerində tikilən Al Baid qüllələri söküləcək. Analitik.az xarici mətbuata istinadən xəbər verir ki, Məkkə bələdiyyəsinin sədr müavini doktor Ək Təvəkkül bildirib ki, layihə çərçivəsində, inşası mübahisələrə mövzu olan Zəmzəm Qüllələri adı verilən Al Baid qüllələri tamamilə söküləndən sonra hər il milyonlarla müsəlmanın gəldiyi Məkkədə aparılan tikinti işləri 20 ildən sonra onun simasını tamamilə dəyişəcək.
Belə ki, dəyişiklik nəticəsində qarşıdakı illərdə Məkkə, Mədinə və Ciddə göydələnlər şəhərlərinə çevriləcək. Məkkədə yerləşən Kəbənin ərazisi indikindən 3 dəfə böyük olacaq. Kəbənin yaxınlığındakı kral sarayı, o cümlədən Hilton və Tövhid otel olmaq üzrə bir çox binalar da söküləcək. Bu ərazilər Kəbənin ixtiyarına veriləcək.
Eyni zamanda 1 milyon 500 min kvadratmetrlik inşaat sahəsi olan Səfa, Mərvə, Zəmzəm, Qiblə, Həcər, Sara və 7 göydələndən ibarət olan Al Bait qüllələri də bu dəyişiklik çərçivəsində ləğv ediləcək. Dünyanın ən zəngin müsəlmanlarının yerləşdiyi Al Bait qüllələrinin yerində isə Cəbəl Ömər adlı yeni şəhər salınacaq. Məhz bu layihəni reallaşdırmaq üçün Səudiyyə Ərəbistanı hökuməti Ömər dağının yüksəkliyini müasir texnologiyalarla endirib. O da bildirilir ki, Məkkədə Kəbənin ərazisində Kral Əbdüləzizin adını daşıyacaq məscid də inşa ediləcək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев