Telefonda
Oğlan: Canım biz danışmalıyıq.
Qız: Rico nə olub ki?
Oğlan: Bir dəyişiklik olacaq...
Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?
Oğlan: Səni incitmək istəmirəm canım...
Qız fikirləşir: Ay Allah, nə olar elə et ki, məndən
ayrılmasın...Mən onu çox sevirəm axı.
Oğlan: Canım ordasan?
Qız: Hə...hə burdayam. Demək istədiyin nədi?
Oğlan: Bilmirəm deyim yoxsa yox.
Qız: Söhbəti sən açmısan, sən də sona kimi danış!
Xahiş edirəm nə olub axı?
Oğlan: Mən gedirəm...
Qız: Sən nə danışırsan? Mən sənin getməyini
istəmirəm, səni sevirəm!!!
Oğlan: Yox o mənada yox...Başqa uzaq yerə
gedirəm.
Qız: Axı niyə? Valideynlərin də, qohumların da
burda qalır.
Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda internata
göndərir.
Qız: Buna inana bilmirəm mən.
Oğlan: Canım mənimlə qaçarsan?
Qız: Canım bilirsən ki, sənin üçün hər şey edərəm,
ancaq mən qaça bilmərəm. Atam məni öldürər!
Oğlan Kədərli: Eybi Yoxdu canım...Mən başa
düşürəm. Qulaq as mən sənə bir şey verməliyəm,
çünki artıq sabah tezdən aeroportda olmalıyam.
Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə parkda
görüşərik.
Oğlan: Oldu. 20 dəq. ordayam.
Bunlar parkda görüşürlər, qucaqlaşırlar və oğlan
qıza bir məktub verir
Oğlan: Ala bu sənin üçündü. Mən getməliyəm.
Qız: Artıq göz yaşlarını gizlədə bilmir və ağlayır.
Oğlan: Canım xahiş edirəm ağlama, sən bilirsən
axı səni çox sevirəm ancaq mən artıq getməliyəm.
Qız: Yaxşı.
İkisi də evə qayıdırlar və qız oğlanın verdiyi
məktubu oxumağa başlayır.
Məktubda:
Bu məktubla sənə sübut etmək istəyirəm ki mən
səni HEÇ VAXT SEVMƏMİŞƏM, əksinə sənə o qədər
nifrət edirəm ki. Heç vaxt mənə əziz olmamısan,
heç vaxt səninlə birlikdə olmaq istəməmişəm və
heç vaxt səninlə danışmaq da istəməmişəm. Səni
bir daha görmək istəmirəm.
Sənin sevgin üçündə heç darıxan deyiləm. Sənə
nifrət edirəm. Sağ ol!!!
Məktubu oxuyandan sonra qız ağlamağa başlayır
və məktubu yerə atıb evə qayıdır. Bir gün keçir və
qız yenə də özünü tək və gücsüz hiss edir. Bir az
keçmiş telefon zəng çalır və qız cavab verir.
Qız: Alo?
Qızın yaxın dostu: Özünü necə hiss edirsən?
Qız: Hələdə inana bilmirəm ki, o məni heç vaxt
sevməyib.
Dostu: Hə yaxşı yadıma düşdü Rico mənə zəng
etmişdi və deyirdi ki, sənin cibinə başqa bir
məktub qoyubdu. Onu oxusun dedi.
Qız cibinə baxır və doğurdanda bir məktub
olduğunu görür.
Məktubda:
Həyatım, yəqin ki, bayaq ki, məktubda yazdığım
sözləri ciddi qəbul etmədin. Fikirləşdim ki, birdən
məktub atanın əlinə keçər ona görə özüm qəsdən
elə yazdım. Sən unutma ki MƏN SƏNİ HƏMİŞƏ
SEVƏCƏM!!!
Qız: Ay Allah, Rico məni doğurdanda sevir. Yəqin
bu məktubu onunla görüşəndə cibimə qoyub.
Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi getməliyəm.
Özünə yaxşı bax. Hələlik
Qız: Oldu. Səndə. Hələlik
Qız dəstəyi üstünə qoyub televizoru yandırır və
xəbərlərdə dəhşətli bir hadisə baş verdiyini görür.
Xəbərlər: Bir saat bundan əvvəl bir təyyarə qəzası
baş verib. 47 nəfərdən çox adam həlak olub və
hələdə sağ qalanları axtarırlar. Bu faciəni biz heç
vaxt unutmayacağıq. Qəzaya düşən bu təyyarədə
internata yola düşən tələbələr var idi. Allah rəhmət
eləsin o cavanlara.
Qız televizoru söndürür və bu dəhşətli xəbərdən
sonra fikirləşir ki, sevgilisiz həyatın mənası
olmayacaq və 3 gün sonra özünü öldürür.
Bir gün sonra qıza zəng gəlir, lakin heç kim
dəstəyi götürmür. Zəng edən qızın sevgilisi, Rico
idi.
Rico mesajda yazır: Salam canım, yəqin evdə
deyilsən. Sadəcə sənə demək istəyirəm ki, mən
sağam və uçuşumu təxirə saldırdım ki, səni bir
dəfə də görüm. Sənə yaxşı xəbərim var mən artıq
bir daha heç bir yerə sənsiz gedən deyiləm. Sağ ol
həyatım. Evə gələndə mənə zəng edərsən. Səni
çox ama lap çox sevən Rico!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев