Ərazi 1942 km²
Əhali 160 000 nəfər
Əhali sıxlığı 72 nəfər/km²
Nəqliyyat vas. kodu 60
Telefon kodu 231
Poçt kodu (Mərkəzi PŞ) AZ 6000
Yaşayış məntəqələrinin sayı 102 kənd, 1 qəsəbə, 1 şəhər
İcra başçısı Tofiq Zeynalov
İnternet saytı http://tovuz-ih.gov.az/ Tovuz şəhəri
Bakı ilə arasında məsafə 439 km
Əhalisi 146600 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Tovuz avtobusları – 9 saat; Qatarla. Gəncə – Ağstafa, Bakı – Qazax, Bakı – Ağstafa, Bakı – Tbilisi – 10 saat
Harada nahar etmək olar
«XXI əsr», «Vladivostok» kafeləri, «Anar» restoranı fəaliyyət göstərir.
Qədim insan məskənlərindən olan, ərazisində zəngin tarixi abidələri olan Tovuz rayonu tarixən aboriqen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmuşdur. Tarixdə Şəmşədil, Şəmşəddin, Touş adları ilə tanınan bölgə Tovuz rayon kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. Rayon Azərbaycan Respublikasının şimal-qərbində yerləşərək əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Ərazisinin ümumi sahəsi 1903 kv. kilometrdir, bu ölkə ərazisinin 2,2 %-nə, Gəncə - Qazax iqtisadi rayonunun isə 15,2 faizinə bərabərdir.
Tarixi
Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tarixdə Şəmşədil, Şəmşəddin, Tausu adları ilə tanınan bölgə keçmiş SSRİ üzrə inzibati ərazi bölgüsü əsasında Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunub.
Tovuz Çar Rusiyasının Azərbaycanı işgalına başlamasınadək (1802-1803) Şəmşəddil sultanlığına aid olub.
Coğrafi mövqeyi
Tovuz rayonunu Ermənistanla 69 km, Gürcüstanla 23 km. sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.
Tovuz Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.
Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.
Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri və Böyük İpək Yolu keçir.
Relyefi
Tovuz rayonunun ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 330 m dəniz səviyyəsindən yüksəkdə yerləşir.
Təbiəti
Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti artıq öz-özlüyündə füsunkar olmalıdır. Üstəgəl havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban, qonaqpərvər insanları...
Dağlar sanki bir üzük, Tovuz rayonu isə bu əzəmətli üzüyün qaşıdır. Silsilə dağların dağətəyi zonaŞ bundan sonra isə düzənliklə əvəz edilməsi rayon ərazisində torpağın üst qat örtüyünün və bunun da nəticəsində bitki örtüyünün dyişilməsinə səbəb olur.
Bəzən alp çəmənlikləri, bəzən subalp çəmənlikləri talalarda və düzənliklərdə biri-birini əvəzləyir. Bəzən sıxlığı ilə insanı vahimələndirən keçilməz meşə zonalarında, xüsusilə də dağ-meşə massivlərində rast gəlinən bitki örtüyünün və heyvanlar aləminin çox güman ki, hələ bundan sonra da daha dəqiq araşdırılmasına və klassifikasiyasına güclü ehtiyac hiss edilməkdədir.
Dağ massvlərində və xüsusən də dağətəyi zonalarda xalca kimi sərilərək minbir rəngə çalan çəmənliklərdə bitən otların, güllərin, çiçəklərin və müxtəlif növ digər bitki aləminin bir başqa aləmi var...
Sıldırım qayalardan qah-qah vuraraq qalxan qartalların hayı-harayı, quşların aləmi başına götürın quş nəğmələri füsünkar Tovuz təbiətinin zənginliyindən söhbət açır.
Tovuz dağlarının, Tovuz meşələrinin, düzənliklərinin, yaylalarının rəngarəngliyi onun təkcə bitki örtüyü ilə deyil heyvanlar aləmi ilə də həmahəngdir. Ən kiçik qarışqalardan tutmuş ən ən nəhəng və ən vıəhşi qabanına qədər mənə elə gəlir ki, digər bütün canlılardan fərqlidir, bunlar məhz Tovuzun heyvanlar aləminə məxsusdur.
Tovuz meşələrində və dağlarında, düzənlərində və yaylalarında, ən inanılmaz irəməliklərində belə rast gəlinən siçan, siçovul, dələ, çaqqal, tülkü, canavar, ceyran, cüyür və sair heyvanlar aləminin getdikcə kasadlaşdığı bu günlərimizdə də kifayət qədər cazibədar olduğuna dəlalət edir.
Hələ bol sulu Kür çayında olan balıqları da bura əlavə etsək, heç də Tovuzun flora və faunasından şikayət etməyə dəyməz, əksinə onu sevmək, onu qotumaq, ona qayğı göstərmək lazımdır.
Vəhşi təbiətin qanunları ilə bibi-birinin qənimi olan heyvanların eyni bir ərazidə yaşaması həmin heyvanlarda müdafiə instinktlərini yaratmaqla bərabər həm də təbiətdə təbii seçim və saəlamlaşma mühitinin yaranmasına səbəb olur.
Buraya həm yırtıcılar, həm də qeyri-yırtıcılar daxildir. Tovuz rrayonunun meşə massivlərində bu günlərdə də az da olsa təbiətin bəzəyi olan ceyran və cüyürlərə də rast gəlinir.
Uca sıldırımlı dağların, qayaların zirvəsində şığıyaraq şikar axtaran qartallarsız həm Tovuz dağları darıxar, həm də əngin səmalar. Çünki şahinlər deyərkən şiş ucları buludlardan nəm çəkən uca dağlar yada düşür, dağlar deyərkən istər istəməz qartallar, şahinlər yada düşür.
Tovuz rayonun təbiətində söz açasan amma bumbuz bulaqlaradan danışmayasan. bax bu günah olardı. Çünki Tovuz rayon su hövzələrini yaradan əsas mnənbələrdən biri də məhz bulaqlardır.
Tovuz rayonu müxtəlif istiqamətlərdə maşınla yolşuluq edənlərin qarşısına çox tez-tez çıxa bilən təbiət gözəlliklərindəndir. Hər bir bulaqın öz adı, hər bir bulaq suyunun öz dadı-tamı vardır.
Tovuz rayon su hövzələrinin yaranma mənbələrindən biri və yəqin ki, ən əsası məhz çaylardır. Tovuz rayonunda olan dağ çayları xüsusilə insana yenilməzlik, qələbə və əbədilik hissləri gətirir. İti sürətli dağ çaylarına baxarkən istər istəməz çayın axarı insanın hisslərini də özü ilə götürüb uzaqlara, sonsuzluqlara aparır.
Dağ çaylarının ayrı-ayrı yerlərində şəlalələrə çevrilərək yuxarıdan aşağı öz əzəməti ilə insanı vəcdə qətirərək aramsız şırhaşırla axan şırşırlı şəlalələri görmək və onlardan sadəcə ayrılmaq doğrudan da mümkün deyil.
Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, göyrüş, dəmirağac və müxtəlif cır meyvə kolları növləri bitir. Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan eldar şamı qorunur.
Ərazinin landşaftındakı müxtəliflik, flora və faunasının rəngarəngliyi onu turizm üçün nə dərəcədə əhəmiyyətli olduğunu şərtləndirir.
İqlimi
Tovuzda avanın orta illik temperaturu 8-13 C, yanvarda 1-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400-700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır.
Görkəmli şəxsləri
Məmməd İsmayıl — şair.
Məstan Əliyev — Sovet İttifaqı Qəhrəmanı.
Müseyib Müseyibov — cografiya elmləri doktoru, professor.
Qənirə Paşayeva — telejurnalist, millət vəkili.
Sovet İttifaqı Qəhrəmanları
Yusif Mehdi oğlu Sadıqov - 1918-1971-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
Mərdan Məhəmməd oğlu Musayev – 1907-1982-ci illərdə yaşamışdır. Rayonun Əlimərdanlı kəndindəndir.
Məstan Aslan oğlu Əliyev – 1918-1945-ci illərdə yaşamışdır. Rayonun Əsrik Cırdaxan kəndindəndir.
Azərbaycanın Milli Qəhrəmanları
Naiq Nəsir oğlu Yusifov – 1970-1992-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
Qasım Qara oğlu Rzayev – 1971-1992-ci illərdə yaşamışdır, rayonun Əlibəyli kəndindəndir.
Şəhidləri
Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü Çənlibel bölgəsi şəhidlər xiyabanı
2. Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü Çənlibel bölgəsi şəhidlər xiyabanı
3. Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi Kəlbəcər rayonu şəhidlər xiyabanı
4. Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi Ağdərə rayonu şəhidlər xiyabanı
5. Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kəndi Ağdərə kəndi şəhidlər xiyabanı
6. Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri Sulutəpə zirvəsi şəhidlər xiyabanı
7. Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri Fizuli bölgəsi şəhidlər xiyabanı
8. Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi Sulutəpə zirvəsi şəhidlər xiyabanı
9. Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi Fizuli rayonu şəhidlər xiyabanı
10. Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi Muncuqlu kəndi şəhidlər xiyabanı
11. Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü Ağdam rayonu şəhidlər xiyabanı
12. Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı Ağdam rayonu şəhidlər xiyabanı
13. Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri Ağdam rayonu şəhidlər xiyabanı
14. Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi Kəlbəcər rayonu şəhidlər xiyabanı
15. Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri Kəlbəcər rayonu şəhidlər xiyabanı
16. Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri Ağdərə rayonu şəhidlər xiyabanı
17. Qasımov İlham Qurban oğlu 1975 Tovuz şəhəri Tərtər rayonu şəhidlər xiyabanı
18. Musayev İsə Tofiq oğlu 1969 Aşağı öysüzlü kəndi Tovuz Ağdam kəndi şəhidlər xiyabanı
19. Məmmədov Vüqar Allahverdi oğlu 1970 Tovuz şəhəri Goranboy rayonu şəhidlər xiyabanı
20. Məmmədov Rövşən Əjdər oğlu 1966 Tovuz Şəhəri Ağdam rayonu şəhidlər xiyabanı
21. Məmmədov Zəki Ibrahim oğlu 1965 Tovuz şəhəri Əlibəyli kəndi şəhidlər xiyabanı
22. Novruzov Mais Məmməd oğlu 1962 Tovuz şəhəri Tərtər rayonu şəhidlər xiyabanı
İqtisadi xarakteristikası
Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan fəaliyyət göstərir 21ədəd.
2007-ci ildə məhsul buraxılışı və xidmətlərin həcmi 8875,9 min manat olub. 2007-ci ildə sənaye müəssisələri və fizik işəxslər tərəfindən 1760.3 ton çörək, 2833,4 ton un, 578.9 ton kəpək, 32,9 ton yarma, 47,4 min dal araq, 26,2 min dal şərab,70,2 min dal konyak məhsulu, 185,0 ton şəkər,8.2 min dal mineral süfrə suyu, 884 ton beton məmulatı, 432,0 ton gəj, 7507,0 ton çınqıl və qum, 30 min cücə, 260 ədəd çarpayı, 10,0 min ədəd qəzet istehsalolunub.
1. "Naiqin-K0" Tovuz Baltiya MMC.
Yaranma tarixi 1993-cü il.
İstehsal gücü sutkada 30 min şərti butulka.
Açılmış iş yerlərinin sayı 70 nəfər.
Buraxılan məhsulun 95 faizi ixrac edilir.
2007-ci ildə məhsul buraxılışının həcmi 1029 min manat olub.
2. "Qızıl Salxım" MMC
Qovlar Şərab zavodunun bazasında yaranıb.
İstehsal gücü sutkada 20 min şərti butulka.
Açılmış iş yerlərinin sayı 36 nəfər.
2007-ci ildə məhsul buraxılışının 58,9 min manat.
3. "Nural" MMC. Dəyirman
Yaranma tarixi 2004-cü il.
İstehsal gücü sutkada 70 ton.
Açılmış iş yerlərinin sayı 7 nəfər.
2007-ci ildə məhsul buraxılışının və xidmətlərinn həcmi 231,5 min manat.
4. "Qida məhsulları kombinatı" MMC.
Tovuz Konserv zavodunun bazasında yaradılıb.
Yaranma tarixi 2003-cü il.
İstehsal gücü sutkada 5 min şərti butulka.
Açılmış iş yerlərinin sayı 54 nəfər.
2007-ci ildə məhsul buraxılışının həcmi 483,6 min manat.
Tovuzda Qərb regionunda ən böyük asfalt zavodu işədüşdü
Tovuzda istifadəyə verilən yeni zovadda 8 saata 500 ton məhsulun istehsal olunması nəzərdə tutulub. Bu haqda məlumatı Tovuz rayon 25 saylı Yol İstismarı İdarəsinin rəisi Aydın Məmmədov verib. Zavod İran-Almaniya birgə müəssisəsinin istehsalı olan «Fedra» markalı asfalt-beton qurğuları ilə təchiz olunub.
Müəssisə üçün Nəqliyyat Departamentinin «Azər Yol Servis» A.S.C təfərindən 200 min manat investisiya vəsaiti ayrıldığını bildirən A.Məmmədov zavodda bir növbədə 500 ton məhsul istehsal olunacağını bildirdi. İdarə rəsinin sözlərinə görə, bazarertəsindən etibarən işə başlayan zavodda artıq 4 min ton asfalt istehsal olunub.
Tovuz çayından götürülən xammal əsasında hazırlanan məhsul hələlik yalınız rayon ərazisindəki yolların təmiri üçün istifadə olunacaq. Müsahibimiz hazırda 75 nəfər işçi heyyəti olan zavodda yeni iş yerlərinin açılacağını istisna etmir.
Tovuz rayonunda ictimai-sosial binalar, o cümlədən, yaşayış evləri, məktəblər, uşaq bağçaları və sair təyinatlı digər tikinti işləri aparılmaqdadır. Son zamanlar müharibə veteranları və şəhid ailələrinə yüksək keyfiyyətli evlərin tikilərək, hətta ev əşyaları ilə təhciz edilmiş vəziyyətdə mənzil sahiblərinə təhvil verilməsi Tovuz rayonunda xüsusilə müsbət hal kimi qiymətləndirilməlidir. Hazırda bu təyinat üzrə rayonda ilk dəfə olaraq 9 mərtəbəli yaşayış evitikilməkdədir.
Diər sənaye sahələri ilə bərabər Tovuz rayonunda qismən də olsa yüngül sənaye və toxuculuq sənayesi də fəaliyyət göstərməkdədir. Tovuz rayonunun mərkəzində fəaliyyət göstərən yüngül sənaye müəssisəsində onlarla insanlar işlə təmin edilib.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Tovuzda XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi (realnı) kimi fəaliyyətə başlayıb.
1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur. Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılıb.
Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.
Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai məktəblərdir. Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. 39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir.
Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir.
Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir. Bir neçə il öncəyədək rayonun Qovlar qəsəbəsində Azərbaycan Yeyinti Sənayesi İnstitutu fəaliyyət göstərib.
A.S Puşkin adına Tovuz şəhər orta məktəbi 100 ildən artiq fəaliyyəti dövründə, eləcə də rayonun digər məktəbləri Azərbaycan elmi üçün 80-dən artıq elmlər doktoru-professor, 150-dən çox elmlər namizədi yetişdirib.
Maddi-mədəni irsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.
Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır mscidiYanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.
Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.
XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib.
Sement zavodunun yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.
Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir.
Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.
Mətbəx
Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və qöyərti (pencər), kartof mənşəli yeməklər daxildir. Azərbaycan kulinariyasında məhşur xəmir yeməklərindən biri də "Tovuz xəngəli" adı ilə tanınır.
Plovun və dolmanın onlarla növü, kababın da elə təxminən bu qədər növü bəllidir. Bunları çox hissəsi tərəvəzlərdən geniş istifadə olunmaqla hazırlanır. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsullarından daha geniş istifadə olunur.
Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pilovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təamlarıdır. Tovuzda təkcə kartofdan 10-dan artıq yemək hazırlanır.
Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Tovuz xəngəli, sulu xəngəl, fəsəli, qatlama, körəməz, öriştə və əriştəli yeməklər, müxtəlif növ pencərlərdən hazırlanan yeməklər - ispanaq, unnuca, qazayağı, şomu və sair.
Tovuz mətbəxi müxtəlif salatlarla da zəngindir. Tərəvəz, göyərti, lobya, noxud qoz, fındıq, qaymaq qatılmaqla hazırlanan salatlar çox dadlı olur. Bundan başqa adi salatlardan (pomidor, xiyar, bibər) geniş istifadə olunur. Ən geniş yayılmışı "Çoban salatı"dır. Tovuzluların adi yemək süfərində belə mütləq salat olur.
Əlüstü yeməklərdən müxtəlif qutabları göstərmək olar. Ən məşhuru göyərti qutabıdır ki, bu da Tovuzda çox sevilir. Bundan başqa kartofdan, noxud və lobyadan hazırlanan qutablar da bişirilir.
Şirniyyat məmulatarından əx çox istifadə olunanı, paxlava, şəkərbura, qatlama, fəsəli, meyvəli tort növləridir.
Tovuzda ən çox istifadə olunan içkilər, ayran, dovğa, atlama, meyvə şirələridir. Spirtli içkilərdən bu zonanın məşhur içkiləri kimi yanınan tut, zoğal və digər meyvələrdən çəkilmiş araqları, üzüm, gilas, nar, moruq və digər meyvələrdən şərabları göstərmək olar.
ƏLAVƏLƏR
Sosial-iqtisadi göstəricilər
2008-ci ildə rayon üzrə ümumi daxili məhsulun həcmi 288,7 milyon manat təşkil etmişdir. Bu, əvvəlki ildəkindən 37,3 milyon manat və ya 11,7 faiz çoxdur. İl ərzində sənaye məhsulunun həcmi 5,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 172,1 milyon manat, tikinti işlərinin həcmi 37,5 milyon manat olmuş, 3,8 milyon manatlıq nəqliyyat, 0,9 milyon manatlıq rabitə və 39 milyon manatlıq ticarət xidməti göstərilmişdir.
İqtisadiyyatın bütün sahələrində artım dinamikası təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda nəzərdə tutulmuş işlərin icrası təmin olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində son 5 ildə 13134 yeni iş yeri açılmışdır ki, bunun 6851-i daimi iş yerləridir.
Dağlıq ərazidə yol infrastrukturunun yaxşılaşdırılması üçün 230 km yol hamarlanmış, çınqılla təmir edilmiş, su keçidləri təmizlənmişdir.
Şəhərin küçə və meydanlarında 3700 kvm sahəyə qaya daşlarından, 31200 kvm sahəyə isə dekorativ tomet tavalardan döşəmə vurulmuşdur.
Son dövrdə Tovuz şəhərində və digər yaşayış məntəqələrində küçə və yollara 367500 kvm asfalt-beton örtük qoyulmuşdur.
Heydər Əliyev prospekti, S.Vurğun, R.Məmmədov, H.Aslanov, F.Ələkbərov, Nizami, Şəhriyar və İ.Mürşüdov küçələrində 6500 kvm hasar hörülmüş, hasarlara təbii qaya daşlarından 10100 kvm üzlük vurulmuş, səkilərə tomet tavalar döşənmişdir. Prospekt və küçələrdə yeni müasir işıqlanma sistemi quraşdırılmışdır.
Qəhrəmanlar parkı yenidən qurulmuş, 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanlara xatirə kompleksi ucaldılmışdır.
Şəhərin mədəniyyət və istirahət parkı yenidən qurularaq kolonada, fəvvarə, uşaq əyləncə qurğusu, şəlalə, yay teatrı ilə zənginləşdirilmiş, müasir işıqlanma və suvarma sistemi quraşdırılmışdır.
Son dövrlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Qovlar qəsəbəsində 110 kv-luq 25 mva transformator quraşdırılmışdır. Aşağı Quşçu kəndində 35/6 kv-luq 3200 kva transformator, Yanıxlı kəndində 35/10 kv-luq yarımstansiya tikilib istifadəyə verilmişdir.
Bu dövrdə müxtəlif gücdə 289 transformator təmir edilərək istismara verilmişdir. 30 km-ə yaxın naqil yenisi ilə əvəz olunmuş, 271 ədəd dayaq dəyişdirilmişdir.
Yeni yaşayış məntəqələrində 600 abonentin mənzilinə elektrik xətti çəkilmişdir. Elektrik təsərrüfatının maddi-texniki təchizatının möhkəmləndirilməsi ilə əlaqədar işlər davam etdirilmiş, 31000 abonentin mənzilləri sayğaclaşdırılmış, rayon mərkəzində 56 kilometr SİP kabel çəkilmişdir. Nəticədə əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi təmin edilmişdir.
Əhalinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Son dövrlərdə 10729 abonentin mənzilinə qaz çəkilmiş, bununla da abonentlərin sayı 2008-ci ilin sonuna 19979-a çatdırılmışdır. Bu, ümumi abonentlərin 64 faizi qədərdir. Qazdan istifadə edən istehlakçıların sayğaclaşdırılması təmin olunmuşdur. 5 ümumtəhsil orta məktəbində yeni istilik sistemi quraşdırılmışdır.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə əlaqədar işlər davam etdirilmiş, daşıyıcı kəmərlərdə baş verən qəza halları qısa müddətdə aradan qaldırılmışdır. 4000 abonentin mənzilində sayğaclar quraşdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ildə əhaliyə verilən içməli suyun miqdarı 2004-cü ilə nisbətən 2,2 dəfə artmışdır.
Səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə Xatınlı, Azaplı, Yuxarı Öysüzlü, Dondar Quşçu, Alakol, Aşağı Öysüzlü kənd xəstəxanaları, İbrahimhacılı və Abulbəyli kənd həkim ambulatoriyaları, Doğum evi, Təcili tibbi yardım stansiyası və Əlibəyli sahə xəstəxanasının binaları əsaslı təmir edilmiş, mərkəzi xəstəxanaya yeni işməli su xətti çəkilmişdir. Bu dövrdə tibb müəssisələrinə bir sıra yeni tibb avadanlıqları alınmışdır.
Əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün tutumu 9150 nömrə olan 17 analoq ATS, tutumu 14440 nömrə olan elektron ATS-lə əvəz olunmuş, Çeşməli kəndində 256 nömrəlik, Qəribli kəndində 128 nömrəlik yeni elektron ATS istifadəyə verilmişdir.
Elektron ATS-lərin quraşdırılması ilə əlaqədar xətt təsərrüfatı yenidən qurulmuş, bir sıra kəndlərdə əlavə rabitə qurğuları istismara verilmişdir. 40 ucqar dağ kəndinin hər birində dörd nömrə olmaqla peyk rabitəsi quraşdırılmışdır.
Azərcell, Bakcell və Azərfon mobil rabitə operatorlarının qüllələri quraşdırılmış və onların hər birinin 9 telefon-satış məntəqəsi təşkil olunmuşdur.
Hazırda 178 nəfər internet xidmətindən istifadə edir, 6 internet klub fəaliyyət göstərir.
Mövcud poçt şöbələrinin binaları təmir edilmiş, Xatınlı, Mülkülü, Ağbulaq, Göyəbaxan və Həsənli kəndlərində yeni poçt şöbələri açılmışdır. Hazırda rayonda 37 poçt şöbəsi fəaliyyət göstərir.
Ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Tovuz meşə fondu torpaqlarında daimi tədbirlər həyata keçirilir, 30609 ha meşə sahəsinin bərpası ilə müntəzəm məşğul olunur. Son illərdə meşə tiknglik sahəsində 5,4 milyon ədəd standart əkin materialı yetişdirilmişdir. Bu dövrdə 1725 ha sahədə meşə bərpa işləri aparılmışdır. Eyni zamanda park, xiyaban və magistral yolların kənarlarında 54,8 min ədəd bəzək ağacı və gül kolları basdırılmışdır.
Turizmin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi:aşağıdakılar nəzərdə tutulur
•ərazidəki ticarət və xidmət obyektlərinin estetik gözəlliyinin və müasirliyinin təmin edilməsi, onların milli memarlıq üslubunda yenidən qurulması;
•dörd ulduzlu 70 otaqlı (kotteclərlə birlikdə) mehmanxana kompleksi tikintisinin başa çatdırılmasına kömək göstərmək;
•sahəsi 7,4 hektar olan müasir mədəniyyət və istirahət parkının salınması və onun qarşısında - Tovuz çayı hövzəsində çimərlik tikintisi;
•tarixi Xınna və Əsrik dərələrində turizm marşrutuna daxil edilən yaşayış məntəqələrində magistral və kəndarası yolların asfaltlaşdırılması və körpülərin əsaslı təmiri, Yanıqlı kəndində məscid binasının, Avdal, İsakənd (tarixi İsaxan), Əhmədabad, Qəribli, Ağbaşlar, Ağbulaq və digər yaşayış məntəqələrində olan tarixi abidələrin bərpa edilməsi və həmin yaşayış məntəqələrində ailə turizminin inkişafının dəstəklənməsi;
•mövcud bulaqların və ətrafının abadlaşdırılması, yüksək səviyyəli mövsümü ticarət və iaşə xidmətinin təşkili;
•Turizmin inkişafı ilə əlaqədar “Üç Qala”, karvansara tipli “Qala”, Olimpiya şəhərciyində “Olimpiya zirvəsi”, “Şəlalə kompleksi”, digər obyektlər və ərazilər barədə məlumatlar toplusu (bukletlər, prospektlər, turizm xəritələri və s.) hazırlamaq və turizm təşkilatlarına təqdim etmək, internetdə yerləşdirmək;
•Tovuz şəhərinin içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə dəstək vermək;
•Kür çayı üzərində Tovuz Su Elektrik Stansiyası tikintisi layihəsinin həyata keçirilməsinə dəstək vermək;
Otellər
“Avdıoğlular” Hoteli
Ünvan: Tovuz rayonu,Qazqulu kəndi
(Tovuz-Ağdam avt. Yolunun kənarı)
Oteldə sauna və restoran 24 saat işləyir
5 ədəd 2 otaqlı kottec
2 ədəd 3 otaqlı kottec
1 ədəd 2 mərtəbəli villa
Gəcələmək xərci daxilində səhər yemyi nəzərdə tutulur.
Qiymətlər:
2 otaqlı 1 gün-50 manat
1 həftəə-250 manat
1 ay-800 manat
3 otaqlı 1 gün-75 manat
1 həftə-300 manat
1 ay-1000 manat
Oteldə təhlükəsizlik xidməti mövcuddur
Müstərilərə Azərbaycan, türk, rus və ingilis dillərində xidmət göstərilir.
Tovuz rayonunda Tikilmədə olan 4 ulduzlu Otel
Yerləşdiyi ünvan: Tovuz rayonu, Bozalqanlı kəndi, “Petrotal” yanacaqdoldurma məntəqəsinin yaxınlığında
Otel nömrələrinin sayı- 64
Obyekt- 5 mərktəbəlidir.
Otelin 810 kvm sahəsi olan qarajı olacaq
Oteldə restoran,kafe nəzərdə tutulmuşdur.
Səhiyyə
Tovuzda 1310 çarpayılıq 21 xəstəxana, bir növbədə gəlişlərin sayına görə 1426 nəfərlik gücü olan 17 ambulatoriya, 50 feldşer-mama məntəqəsi əhalinin sağlamlığının keşiyində dayanırlar.
Tovuz rayon mərkəzi xəstəxanasının strukturu 7 şöbədən- kardiologiya, terapiya,uralogiya, travmatologiya, cərrahiyyə, infeksion xəstəliklər, ranimasiya şöbələrindən ibarətdir.
Mərkəzi xəstəxənanın nəzdində 3 şöbədən – ginekologiya, doğum, qadın məsləhətxanası, şöbələrindən ibarət doğum evi, uşaq xəstəxanası,uşaq poliklinikası, vərəm dispanseri, təcili yardım stansiyası fəaliyyət göstərir.
Tovuzda 2 özəl tibb müəssisəsi-Farm Qafur Tibb Məkrəzi və “Nur” MMC Klinikası fəaliyyət göstərir.
Elm və təhsil
Qədim tarixə malik Tovuz bölgəsinin əhalisi elmə, təhsilə həmişə böyük dəyər vermişdir. Ərazidə XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılmışdır.
Tovuzda ilk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi(Realını) kimi fəaliyyətə başlamışdır.
1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur.
Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılmışdır.
Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun,Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.
Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai mətkəblərdir.
Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir.39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir.
Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir.
Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir.
Tovuzda elmə, təhsilə olan ictimai münasibət və rəhbərliyin bu sahəyə diqqət və qayğısı belə qənaətə gəlməyə əsas verir ki, bu gün rayonda gələcəyin neçə-neçə elm və mədəniyyət xadimləri yetişməkdədir.
Mədəniyyət
Respublikanın digər bölgələri ilə yanaşı spesifik xüsusiyyətləri ilə seçilən rayon əhalisinin tarixi-mədəni irsinə söykənən zəngin mədəni ənənələri olan Tovuz mədəniyyəti rayon əhalisinə yüksək mədəni xidmətlər göstərməkdədir.
Hal-hazırda rayon mədəniyyət və turizm şöbəsinin tabeçiliyində 113 nəfər işçisi, 350 nəfər şagirdi olan Tovuz şəhər, 41 nəfər işçisi, 140 şagirdi olan Qovlar qəsəbə, 32 nəfər işçisi, 101 nəfər şagirdi olan Düz Qırıqlı kənd 7 illik musiqi məktəbləri fəaliyyət göstərirlər. Rayonda 4 muzey, o cümlədən, ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən kitablar, foto şəkillər, video materiallarla təchiz edilmiş Heydər Əliyev muzeyi, rayonun tarixi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən maddi mədəniyyət nümunələri və məişət əşyaları əsasında formalaşmış Tarix Diyarşünaslıq muzeyi, görkəmli dünya rəssamları ilə yanaşı, yerli rəssamların da əl işlərinin sərgiləndiyi Dövlət Rəsm Qalereyası, şifahi xalq ədəbi janrının ən qədim növü hesab olunan, rayonda çox görkəmli nümayəndələri yetişən aşıq sənətinin bölgədə, eləcə də, respublikada inkişaf dinamikasını canlandıran Aşıq Sənəti Dövlət Muzeyi rayon əhalisinin və turistlərin xidmətindədir.
Rayonda 661 min ədəd kitab fondu olan 77 kütləvi kitabxana, 39 klub və 13 mədəniyyət evi fəaliyyət göstərir.
62 yerli əhəmiyyətli, 2 ölkə əhəmiyyətli (Yanıqlı kəndində XVII əsri aid Məscid və rayondan 12 km məsafədə yerləşən Kür çayının sağ sahilində antik dövrə aid “Torpaqqala” qədim yaşayış məntəqəsinin qalıqları) Mədəniyyət və Turizm Nazirliyinin rəsmi qeydiyyatında olmaqla, mühafizə olunurlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев