Çox böyük nemətdir. Dəyərli bacılarım!
Sizə tövsiyəm əgər evli ailəlisinizsə buna görə Rəbbinizə daim şükür edin. Çünki şükrü eda olunan neməti Allah bərəkətləndirər hətta övladlar da çoxalar nəvələr də.
Yoxsa daim deyingən olsanız, övladınız oynayıb evi dağıtdıqda ya da səs küy saldıqda qəzəblənib onu döymək, ərə qarşı itaətsizlik və s. səbəblər ailədə bərəkəti azaldır. Düşünün ki sizin sahib olduğunuz bu övladlara ərə həsrət olanlar var. Nankorluq etməyin.
Aramızda yoldaşı ilə küsülü ya da incik olan varsa şeytanı sevindirməyin ilk addımı atın ona nəysə maraqlı bir şey hazırlayın, ona sevginizi hiss etdirin, onu daha çox sevə bilmək üçün Allaha dua edin.çünki qəlblər Allahın əlindədir.
Unutmayın ki insan oğlu xəta edəndir. Allah bağışlamağı sevir,demək bağışlamaq gözəl sifətlərdəndir. Siz də bağışlamağı bacarın.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 9