Mən biləni oruc olmur,Ac qoymaqla sən mədəni.Gərək oruc tutan kəsin,Oruc olsun var bədəni.Gərək sənin gözlərin dəoruc olsun,Sözlərin də oruc olsun.Qulağın da,dodağın daƏllərin də,ayağın daOruc tutsun gərək o an.Ürəyindən pis duyğular-gəlib keçsə həmin zaman,Ya dilindən,dodağındanƏgər çıxsa bircə yalan,Gözlərinlə bir gözələƏgər baxsan əyri-əyri,Bir qramda olmaz xeyri-O tutduğun orucun.Oruc o deməkdir ki,Hər əməlin düz olsun.Sözün,əlin düz olsun.İftar olan süfrədəHalal olsun duz,çörək.Dediklərim olmasaO tutduğun orucun,Batil olubdur demək.Əməllərin özünəQatil olubdur demək.Oruc tutan bəndələr!Ay qardaş,ay bacılar-Məşədilər,hacəlar.Allahdan arzum budurOrucunuz sizinçün,Cənnətə yol eyləsin.Allah qəbul eyləsin,Allah qəbul eyləsin.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 14