Предыдущая публикация
Ürək muma dönür adın gələndə..
Telinə dəyməyə əl həsrət çəkir.
Çıxır yollarına, könüllü dəlin.
Əlində tutduğu gül həsrət çəkir.
Hər an sən mələyi yadına salıb
Ölməyə can atır yanında qalıb
Şirin kəlmələrlə könlünü alıb
Nazını çəkməyə dil həsrət çəkir..
Qəlbi buz kimidi gəlsə də bahar.
Sənsiz bu həyatın nə mənası var..?
Sən ay Taleyini yarıtmıyan yar.
Bu Taleh hələ də bil, həsrət çəkir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1