Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.
Sumqayıt şəhəri Abşeron yarımadasının şimalında, ölkə paytaxtı Bakı şəhərindən 25 km şimalda yerləşir.Ərazisi 83 kv.km-dir. Şəhərin tərkibinə Sumqayıt şəhəri,Hacı Zeynaləbdin Tağıyev və Corat qəsəbələri daxildir.Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici dövlətlərlə respublika əhəmiyyətli avtomobil və dəmir yolları əlaqəsi vardır. Hava yolları ilə əlaqələr Bakı şəhərinin Binə hava limanı vasitəsilə həyata keçirilir. Şəhərin ərazisində tikinti materiallarının (kərpic yüngül doldurucuları) istehsalı üçün təbii ehtiyatlar vardır.
Şəhərin ərazisindən Sumqayıtçay çayı axır. Samur-Abşeron kanalı Sumqayıtın cənubundan keçərək Ceyranbatan su anbarına tökülür. Şəhərin kənarındakı qamışlıqlarda tülkü, canavar, dovşan, çaqqal kimi heyvanlara, çöl ördəyi, göyərçin, danquşu və qaşqaldaq kimi quşlara rast gəlmək olar.
Sumqayıt şəhərində və qəsəbələrində 357 minə yaxın əhali, 63 min nəfər qaçqın və məcburi köçkün yaşayır. Əhalinin 30% uşaqdır, əmək qabiliyyətli əhalinin sayı 147 min, işləyənlərin sayı isə 58,4 min nəfərdir. Onlardan 20 min nəfəri sənayedə, 18,3 min nəfəri isə büdcə təşkilatlarında çalışır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев