Sözlərim unutsa , dilim unutmaz...
Səni unutmağı bacarmaram mən.
Gözllərim unutsa , əlim unutmaz...
Gözümdə gözünün , çəkdiyi naxış,
Əlimdə əlinin izi var hələ !
Ruhuma ruhunun baxdığı baxış,
Qəlbimdə həsrətin közü var hələ!
Səni unutmağı bacarmaram mən.
Dil unut desə də , unutmaz üzrək!
Dodağım ha desin , alınmayacaq,
Bacara bildiyim iş tutam gərək!
Sadəcə sevməyə alışmışam mən,
Unutmaq , aldatmaq yad sözdü mənə...
Səni unutmağa çalışmışam mən,
Hər dəfə daha çox sevmişəm yenə...
Səni unutmağı bacarmaram mən.
Qollarım unudar , dizim unutmaz!
Birgə getdiyimiz bir yerdən keçsəm,
Ayağım unudar , izim unutmaz!
Hər yerdə xatirən , bir izin durur,
Hara baxsam elə səndən danışır...
O hanı , hardadı ? Hey səni sorur,
O çay və o ağac , mənnən danışır...
Səni unutmağı bacarmaram mən.
Sən mənim dilimdə dua olmusan!
Nə ilə umudum de axı səni ?
Qəlbimi , beynimi məndən almısan...
O ürəkdən muğayat ol , nə olar !
Kövrəkdi , incitmə , qırma sən Allah
Gecələr öz qoynuna al nə olar !
Divardan - divara vurma sən Allah
Ayaz Hidayətoğlu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев