İndi bu barədə danışacam..
Əvvəlcə Bir söz deyim, Bu günə kimi zaman-zaman tarixi onu göstərdi ki, Türkiyə kimi dövlətdən, hər an bir zərbə gözləmək olar. Əslində onlarda Türklərdir amma onlar, Anadolu türkləri, biz isə Oğuz türkləriyik. Tarixə baxıram və bunu açıq şəkildə görürəm ki, onların bu "qardaşlığı," yalnız və yalnız sözdədir. Fikir verin, 26 Fevral 1992-ci ildə, soyuq qarlı bir qış gecəsində, vaxtı ilə torpağımızda yaşayıb, əsirlər boyu çörəyimizi yemiş xain düşmənlərimiz olan ermənilər, SSRİ dövründə Xankəndi Yəni ki, Stepanakert şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 613 nəfər vətəndaşımızı, amansızlıqla qətlə yetirib, 8 ailəni nəsl-kökü tamamilə məhv edib, 155 uşağı yetim qoyub, 1275 nəfəri əsir götürüb, 150 -sini itkin salıb və nə qədər də insan, öz yurd-yuvalarından didərgin düşüb. Bu boyda vəhşilik baş verir və Türkiyə bütün bu olanları, sadəcə qəzetlərdən oxuyub, susmaqla kifayətlənir. Belə də qardaşlıq olar?. İndi burda iki kəliməni doğru-düzgün yaza bilməyən, bir iki gədə-güdə gəlib deyəcək ki, sən iranın tərəfindəsən filan-filan. Mən özümə Rusdan tutmuş, erməniyə və irandakı farslara kimi, hamısını düşmən bilirəm.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев