T۠itrәk әllәrinlә alıb şәklini,
Ah çәk۠ib ağlama,şәhid anası!
Dizlәrin üstünә әyib belini,
Sellәr tәk çağlama,şәhid anası!
”Ağlama, Şəhid Anası!
Sil göz yaşlarını, ağlama heç vaxt,
Şəhidlik ucadan ucadır, ana.
Toyumçün aldığın o tər xınanı
Qoy ağ saçlarına elə gəl, ana.
Uca tut başını, əymə heç zaman,
Yanımda gözlərin gülsün, ay ana.
Yarıma de məni gözləməsin o,
Mən gələ bilmirəm o gəlsin, ana.
Söylə ağlamasın mənsiz gecələr
Ulduzla yolladım eşqimi, ana.
Onu tənha qoyub gedərəmmi heç,
Nəfəsimi köksünə həkk etdim,ana.
Sən gəl heç darıxma, nigaran qalma,
Mən ərşin qoynunda xoşbəxtəm, ana.
Kor bir qurşun dəydi qəlbimə mənim,
Ruhum səmalara ucaldı, ana.
Cismimi bürüyüb yumşaq ipəyə,
Mələklər cənnətə apardı, ana.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4
Аллах шехидлеримизе рехмет елесин