Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən;
yerdən, göydən, güldən, çiçəkdən,
Bir də sinəmin altında
yaralı quş kimi çırpınan, sındıqca sınan, arzularına qısılan yetim bir ürəkdən.
Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən;
Yazacağam qaranquşların
yuva tikməyindən,
Yetim bir uşağın bir parça çörək üçün gəlib-gedənə
boyun bükməyindən,
Hind fılmlərinə baxıb
ağlayan cavanlardan,
Soyuq qış gecəsində tənhalıqdan
aya üz tutub ulayan yalquzaqdan. Anasını axtaran
quzunun mələrtisindən,
Ufacıq bir çırağın
bir otağı qızdıran
alov ləçəkli hənirtisindən,
Bir məktub yazacağam sənə. Sevgidan başqa hər şeydən.
Bir xəstənin həkimə
ümidlə baxan
gözlərindən yazacağam.
Gəlinciklə bəzənmiş
maşınların sırasından, Yuvalarında yem gözləyən balaların,
dimdiyinin sarısından.
Getdikcə soyuyan havadan,
Adəmdən, Həvvadan,
Necə olur tənha adam...
Bax, bunlardan yazacağam, Birdə yerdən, göydən,
Çoban dodaqlarını
yandıran neydən,
-Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən.
Bəlkə də bunu vəsiyyətim, son sözüm biləcəksən,
Bir məktub yazacağam sənə,
hər şeyi özün biləcəksən..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2