Şəban ayının son günlərindəyik və mübarək Ramazan ayının başlanmasına sayılı günlər qalmışdır. Bu mübarək aya daxil olmazdan əvvəl bəzi tövsiyələrə diqqət etsək, yaxşı olar.
1. Elə bu gündən çayın miqdarını azaldın. Ramazan ayı artıq qapıdadır və bu isti yay günlərində daha yaxşı oruc tutmaq üçün elə bu gündən içdiyimiz çayın miqdarını get-gedə azaldaq ki, bədənimiz susuzluğa adət etsin. Həmçinin qəhvə içənlər də içdikləri qəhvənin miqdarını azaldaraq, kafeyn bağlılığını aşağı həddə sala bilərlər.
2. Yeməyin miqdarını azaldın. Oruc tutan insan üçün yeməyin həcmi çox mühümdür və bədən adət etmişdir ki, müəyyən saat fasiləsi ilə ona qida daxil olsun. Lakin oruc tutan insan 17-18 saat ac qaldığına görə, elə bu gündən yeməklərinizin həcmini azaldaraq, bədəninizi buna adət etdirə bilərsiniz.
3. İdman proqramınızı tənzim edin. Oruc tutan insan bədənində olan suyu qorumalı olduğu üçün idmanlarını səhərlər deyil, iftara yarım və ya bir saat qalmış edə bilər ki, itirdiyi mayeni aradan qaldıra bilsin. Həmçinin idman edən insanlar səhər obaşdana qədər də idmanlarını edə bilərlər.
4. Şəban ayında oruc tutun. Mübarək Ramazan ayından əvvəl yaxşı olardı ki, Şəban ayının bərəkətindən də istifadə edib, həftədə ən azı iki dəfə oruc tutasınız.
5. Ev işlərini iftara yaxın etməyin. Qadınlara tövsiyə olunur ki, evin işlərini səhər yuxudan durandan sonra görsünlər ki, iftara yaxın istirahət etsinlər. Çünki oruc saatı uzun olduğu üçün, insan iftara yaxın zəif və süst düşür. Belə olan halda ağır ev işləri görmək insanı əldən salar
Bu il oruc tutmaq müddəti 17 saatdır ... iyunun 17-də orucluq mərasiminin niyyət axşamıdır. Bu il orucluq yay fəslinə təsadüf etdiyi üçün orucluq müddəti 17 saat davam edəcək. Bu müddətdə bilərəkdən hər hansı şəkildə qida və maye qəbul edilməsi orucu pozur.
Orucluq mərasiminin tərkib hissəsi olan qədr gecələri (“Quran”ın yer üzünə endirildiyi gecələr) iyulun 5-i, 7-i, 9-u və 13-ü gecələrinə təsadüf edir.
Bu il Eyd-ül-Fitr (Ramazan bayramı) iyulun 18-də olacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев