Предыдущая публикация
*** *** ***
Yıxdı bizim sevgimizi xəyanət Yıxdı bizim sevgimizi yalanlar Xoşbəxtliyin adın bizdən soruşub "Sevgilimdir" cavabını alanlar Səni məndən soruşsalar nə deyim?
*** *** ***
Qum üstündə sən ömrümcən yazardın Ləpə yuyub təmizlərdi tər-təmiz Hər üçündən boynubükük qalmışam Qumlu sahil, şıltaq ləpə, göy dəniz Səni məndən soruşsalar nə deyim?
*** *** ***
Sevgi dərdin sağaltmayır sevgilim Nə təbiblər nə məlhəmlər əlaclar Kölgəsində əllərimdən yapışıb Sədaqətdən danışdığın ağaclar Səni məndən soruşsalar nə deyim?
*** *** ***
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев