Предыдущая публикация
Mələksə günahı yazır solunda,
Heç qurban kəsmirik Allah yolunda,
Tələbə olmaqçün qurban deyirik..
Niyə özümüzə insan deyirik?!
Biz lağa qoyuruq tənha yalqızı,
Ağıza alırıq mincür saqqızı,
Dərsə buraxmırıq hicablı qızı
Amma danışanda 'vicdan' deyirik..
Niyə özümüzə insan deyirik?!
Məkkəyə getmirik gedirik aya,
Dincəlmək gözüylə baxırıq yaya,
Kobud davranırıq ata-anaya,
Amma sevgiliyə Ay Can deyirik..
Niyə özümüzə insan deyirik?!
Gənclər narkotiki doldurur qana,
Güya bu qulluqdur bədənə, cana,
Uzun saçlılara, sırğa taxana
Qəşəng yaraşıqlı oğlan deyirik..
Niyə özümüzə insan deyirik?!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1