Qıza sevdiyimi bildirmək üçün.
Yağış da ağladı mənə həmin gün,
Sanki göz yaşımı öldürmək üçün.
Həmişəki yağışa heç oxşamırdı,
Bu yağış göylərin fəryadı imiş.
Həyatim dediyim həmin gözəl qız,
Demə özgəsinin həyatı imiş.
Dost kimi istədin məni sevmədin,
Əllərim titrədi, gözlərim doldu.
Bu sınıq qəlbimi heç düzəltmədin,
İlk görüş əslində son görüş oldu.
Sonra qucaqlayıb öpdün
üzümdən,
Dünya fırlanırdı başımda mənim.
Yaşlar gilə-gilə qopdu gözümdən,
Dost kimi durmuşdun qarşımda
mənim.
Sən özgəyə aşiq mən isə sənə,
Əvvəldən bilsəydim heç
ağlamazdım.
Heç bir söz demədim həmin gün
sənə,
Səssiz evə gəlib bu şeiri yazdım.
Sevgim başlamamış nöqtə
qoydular,
Nə dəyə bilərəm bu ayrılığa?
Yağışmı günahkar sənmi
günahkar?
Səni nə apardı məndən uzağa?
Səssiz, aram-aram ağlayan yağış!
Mənim ümidimi qırmısan daha.
Ağlayan gözlərlə eyləmə yarış,
Ağlama ağlama nolar sus daha.
Can verən sevgini
öldürməkdənsə,
Kaş ki, həsrətləri yusaydı yağış.
Axan göz yaşımı dindirməkdənsə,
Kaş mən ağlayanda susaydı
yağış....
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев