sənsizlik mənimlə
qaldı
Üzsüz qonaq kimi getmək
bilmədi.
Sən getdin... könlümü qüssə-
qəm aldı,
Günlər aya döndü, ötmək
bilmədi...
Sən getdin... dəyişdi fəsillər bir-
bir,
Guya, bu yoxluğa alışdım mən
də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən
də.
Sən getdin... kölgənə dönüm,
istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyən dözüm
istədim,
Qəmi damla-damla içə bilməyə.
Sən getdin... köksümdə bir eşq
yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm
taleyimdən.
Sən getdin... ölmədim, yaşadım,
niyə?
Yaşadım lal olan nəğməkar
kimi...
Eşqini könlümdə daşıdım, niyə?
-
Sanki həyatımda hələ var kimi...
Sən getdin... əlimdən, söylə, nə
gəlir?
Guya, bu yoxluğa alışdım mən
də...
Amma ki, hər dəfə qəlbim
titrəyir
Səsinə bənzəyən səs eşidəndə...
Səni incidirəm... görürəm özüm,
Sonradan könlünü alıram axı.
Hirslənib gedirəm, dönürəm
özüm,
Qolumu boynuna salıram axı.
Onsuz da hər zaman varam
yanında,
Ürəyim döyünür sanki canında.
Gözüm üzündədir, üzgün
anında
Bir sevgi nəğməsi çalıram axı.
Birdən od-alovum göylərə çatır,
Birdən də susuram, fırtınam
yatır,
Dəyişik olmağım fikrini qatır...
Yenə də sevgilin oluram axı.
İçimdə min yerə çırpınır dözüm,
Dilim "de" desə də, olmayır
sözüm...
Səni güldürəndə gülürəm özüm,
Səni küsdürəndə soluram axı!..
Sənsiz - qərinədən uzundur ilim,
Varlığın sevincdir, yoxluğun
zülüm.
Bilirəm, sevirsən, sevirsən,
gülüm,
Mən də sənin üçün ölürəm axı.
Hardasan, yamanca darıxıram
mən,
Ya gəl, ya məni də yanına çağır.
Yoxsan... yollarına ha baxıram
mən,
Həsrətin hər qəmdən, kədərdən
ağır...
Hardasan, yanımda olaydın indi,
Dunyanı verərdim bircə
kəlmənə.
Biləydim, ürəyin yenə mənimdi,
Deyəndə "sevgilim, yaxın gəl"
mənə.
Ürəyim sığmayır köksümə
mənim,
Elə bil ruhum da durub
qəsdimə.
Duman günlərimə kəsilib
qənim,
Hər yandan qaranlıq çökür
üstümə...
Mənim də buludtək çatılıb
qaşım,
Sən məndən inciyib küsəndən
bəri.
Bilmirəm hayana axır göz
yaşım,
Bu hicran yelləri əsəndən bəri...
İntizar nə yaman əzir qəlbimi,
Nəfəsim, həyatım, eşqim,
hardasan?
Qalmışam lap dəli-divanə kimi,
Eləcə xəbər ver, - bilim
hardasan...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев