Предыдущая публикация
Söndü ürəyimdə şirin arzular, Səni bağışlaya bilmirəm artıq. Soyuyub baxışın, soyuyub qəlbin, Əlimə dəyməsin o soyuq əlin. Həsrətin çəkdirdin mənə illərin, Səni bağışlaya bilmirəm artıq. İndi sən dönübsən acı xəyala, Səni bivəfalıq saldı bu hala. Deyirəm, ömürlük yadında qala, Səni bağışlaya bilmirəm artıq. Unut ürəyindən, unut sən məni, Sevirəm – adlanan şirin kəlməni. Çoxdan ürəyimdən silmişəm səni Səni bağışlaya bilmirəm artıq
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев