Предыдущая публикация
Gəzib hər guşəni görə bilmədim,
Ümüdim gözümdə qaldı,gəlmədim.
Bağışla torpağım qınama məni,
Tanrı imkanımı aldı,gəlmədim.
İanət etmədi zəmanə neynim,
Xoşuna gəlmədi üst başım,əynim,
Çörəyin xətrinə tər basan çiynim,
Ayrılıq dərdinə saldı,gəlmədim.
Arzular özümdən olubdur yekə,
Gələcəm girsəmdə dağ boyda yükə.
Qəddimi vermərəm illərə bükə,
Vətən çağırmadı laldı,gəlmədim.
Canım sənə fəda ay Odlar Yurdum!
Özümdə özünü yaratdım,qurdum.
Səninlə uzandım, səninlə durdum,
Deməki buralar baldı, gəlmədim.
Afiqəm izin ver ana tək sevim,
Ol şair qəlbimə ocağım evim,
Qoy gəlim alnından öpüm, sevinim,
Gör necə həyatır haldı,gəlmədim.
Afiq Göyçə Mahalı.
Rusiya 23.02.21.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев