Halbuki vardı söyləyəcəklərim sənə dair.
Amma tapa bilmədim hansı söz izah edər məni sənə?
Tapmaq istəyərdim, tapıb söyləmək.
Bəlkə anlardın məni.
Sanki hər söz əskik bir az səni izah etməyə, çaşdım,
Necə olar da danışa bilməz insan bu qədər izah edəcək şeyi varkən.
Uzun zaman oldu qaralaya bilmədim iki sətir.
Halbuki izah etmək istəyərdim, olmadı.
Oldurmaq istəyərdim,
Bəlkə o zaman anlardın məni.
Sən getdin eşq mənə qaldı, eşq yaraşanda qalarmış.
Ardından qara gecələr qol gəzdi ürəyimdə,
Mən sol yanımı öldürdüm də qaraya büründüm.
Kimsə girməsin deyə ürəyimə, eşqə küsdüm.
Yaza bilmirdim demişdim ya işdə yazdım.
Görəsən heç yaza bilməsəydim?
Mən səni eşq sanmışdım, yanılmışam.
Elə olsan yanımda qalardın.
İndi, səni sevdiyimi unut,
Vaz keçdim səni sevməkdən
Dönsən də tanımaz ürəyim ürəyini, ən yaxşısı unutmalı bu yalan olmuş ikilini...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2