Предыдущая публикация
Çünki hər gecə xəyalınla yuxuya dalırdım
Ömrümün son günü tək yaşadığım bir qadının tənhalığı bürümüşdu ruhumu
Ömrümün sən günündən qorxmalı idim oysaki
Adını sayıqlayan dodaqlarımda qurumuşdun sən
Əslində çox qəddar,alçaq bir qadının xəyalı ilə yuxuya daldığım hər gecəmin günahı idin sən
Günahım idin sən
Adəmin tamahı ücbatından gəldiyim bu dünyada ölümə can atırdım hər gecə
Günah mənimmi ya Adəmin bilmirəm amma
Cəhənnəmin istisi var idi qəlbimdə
Cəhənnəmdəki fəryadlar qopurdu beynimdə
İçkilərlə siqaretlərlə özümü təsəlli etməkdən bezmişəm vallah
Nə siqaret dərdimi kül edir nə də içki sərxoş edir xəyallarımı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев