Предыдущая публикация
Gəl göz yaşımı sil, ay sevgilim.
Çönübdür eşqimin indi çərx daşı,
Dərdimi dərdinlə böl , ay sevgilim.
Gəlməsən, arzular qalacaq sənsiz,
Bağbansız gülşəntək solacaq sənsiz.
Könlüm yaralıdır, qalıb məlhəmsiz,
Dərdimin dərmanı ol, ay sevgilim.
Gözümün yaşıdır yazdığım sətir,
Ömrümü tutubdur məhəbbət əsir.
Sinəmdə həsrətin naləsi gəzir,
Al məni həsrətdən gəl, ay sevgilim.
Dərdi eşq oduna düşəndə bildim,
Baxçanda oxuyan dərdli bülbüldüm.
Gözümün yaşını məlhəmim bildim,
Qayıt, göz yaşımı sil , ay sevgilim.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев