Предыдущая публикация
Oyanıb həqq deyən insanə qoşulsan pis olar.
Zülm edib fəqri döyüb malların alsan düz olar.
Ama bir özgə tərəfdənsə soyulsan pis olar
Sənə dəstək mən olum ol öz işinlə' məşğul
Ama bir saniyə bu işdə yorulsan pis olar.
Qafil axmaqlar olan dinivə heyran oldum
Sənsə mən təzim edən diynə vurulsan pis olar
Yenə zəhmət çəkib Əkrəm,nə yazırsan bulara?!
Yəni bel bağlayıb Allahə sarılsan pis olar?!
Müəllif:Əkrəm Aqil *29.okt.2016
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев