Ya mən gəlim görüşünə günü bu gün, lap indicə.
Xoşlamırdım içib evə gəlməyini gecə-gecə
indi xoşum gəlir, ata.
Sənin rahat ölməyinə dua edən dilim yanır,
məzarına su tökürəm, əlim yanır.
Ağlamıram, sən gedəndə gözlərimi silib getdin,
sənə nə var, üç gün əzab çəkib,
sonra birdəfəlik ölüb getdin.
Oğlun hər gün ölür, ata.
Qoşuluram sinədaşı təmizləyən uşaqlara,
sanki bütün düşüncələr gedir-gəlir qabaqlara.
Bəlkə, elə məzarının yanındasan,
getməmisən uzaqlara
Bəlkə də, kim bilir, ata?
Saxlayıram yanağımda ayrılığın göz yaşını,
olan olub, keçən keçib, indi sənin başdaşını
görmədiyin nəvələrin silir, ata.
Mən harasa tələsirəm, ömür necə yaman ötür,
biri qoca-qoca gedir, biri cavan-cavan ötür.
İnsanoğlu cavab kimi doğulsa da, zaman ötür
suala çevrilir, ata.
Mən elə də ağlamıram axı nə aldadım səni,
körpələrin hesabına hərdən üzüm gülür, ata.
#PünhanƏzim
https://instagram.com/mobilcenter55?igshid=MzRlODBiNWFlZA==
https://youtu.be/IWOePMfyHvA?si=5VAfz92zNGom24RZ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев