İmam Sadiq (ə.s.)
✍Heyvanlar ölümü hiss edən zaman gizlənirlər
Ey Müfəzzəl! Heyvanların xilqətində olan mö`cüzəli xüsusiyyətlərə diqqət et. Onlar öləndə insanlar kimi özlərini gizlədirlər. Əgər belə olmasaydı, bəs vəhşi və yırtıcı heyvanların ölüsü niyə tapılmır? Bu heyvanlar az deyillər ki, tapılmayalar. Hətta əgər bir kəs desə ki, onların sayı insanlardan çoxdur, doğru deyil.
Dağlarda və səhralarda çoxlu marallar, vəhşi inəklər, dağ keçiləri və həmçinin yırtıcı heyvanlardan şirlər, pələnglər, canavarlar, kaftarlar və.s.quşlardan qarğalar, göyərçinlər və yırtıcı quşlar yaşayır. Bu heyvanlar ölüm vaxtlarının yetişməyin hiss edəndə bir dərədə gizlənirlər və həmən yerdə ölürlər. Əgər belə olmasaydı, onların pis iyi bütün otlaqları, səhraları və dənizləri bürüyər və vəba kimi öldürücü xəstəliklər hər yerə yayılardı.
Bu xislət heyvanların fitrətində qoyulmuşdur ki, insanlar cürbəcür xəstəliklərə yoluxmasınlar.
📚 İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri/ Tovhidi Müfəzzəl
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев