Şəban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır. Onların bəzisini nəzərinizə çatdırırıq:
1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3.Kumeyl duasını oxumaq
4. İmam Hüseyn (ə)-ın ziyarəti:
Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.
İmam Hüseyni(ə) ziyarət etmək üçün açıq havada imkan daxilində hündür bir yerə qalxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır:
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
5. Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.
https://instagram.com/mobilcenter55?igshid=MzRlODBiNWFlZA==
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев