Ətirli baharamı?
Təzə-tər nəfəs olub
ürəyimə dolursan...
Sənə nəyə bənzədim,
zirvədəki qaramı?
Bu nə sirdi, nə yaxın,
nə əlçatmaz olursan?
Səni nəyə bənzədim,
küləyəmi, mehəmi?
Qəlbimi titrədibsən,
ruhumu oxşayırsan.
Səni nəyə bənzədim,
çəməndəki şehəmi?
Gecələrdən səhərə
səssizcə yox olursan.
Səni nəyə bənzədim,
sevgiyəmi, eşqəmi?
Ürəyimin içində
neçə yuva salırsan.
Səni nəyə bənzədim,
qocaman bir köşkəmi?
Ümidlərin köçüncə
sən də tənha qalırsan... 🕊
#AfaqŞıxlı
https://instagram.com/mobilcenter55?igshid=MzRlODBiNWFlZA==
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев