Galaxy S4 [yenilik]
Samsung şirkəti Nyu-Yorkda baş
tutan təqdimetmə mərasimində
Galasy S smartfonunun yeni nəsil
modeilini təqdim etdi.
Smartfonun əsas özəllikləri 5
dyumluq ekran və ekrana
toxunmadan smartfonu idarə
etmək funksiyalarıdır. Bu telefon
ОS Android 4.2.2 Jelly Bean
əməliyyat sistemi üzərində
qurulmuşdur.Həmçinin telefon
mobil telefon bazarında Apple
şirkəti ilə rəqabəti gücləndirəcək.
Galaxy S4 əvvəlki model S3-ə
oxşayır, lakin o daha nazik və
daha möhkəmdir. Alətin çəkisi
130 qram, qalınlığı isə 7,9 mm-
dir. Korpus polikarbonatdan
hazırlanıb.
Yeni Samsung Galaxy S IV-ü göz
ilə idarə etmək mümkündür. Bu
3 funksiyanın birləşməsi
nəticəsində mümkün olub: Smart
Scroll və Smart Pause funksiyaları
istifadəçinin gözlərini izləyir,
həmçinin Air View funksiyası
toxunuşsuz interfeysə
cavabdehdir.
Ekranın dioqanalı 4,8 dyumdan 5
dyuma artırılıb. Smartfon Full
HD Super AMOLED ekranla təchiz
olunub. Həmçinin smartfona
infraqırmızı işıqdiodu
quraşdırılıb, bu da smartfonu
pult kimi (televizor, kondisioner,
dvd pleyer və s. üçün) istifadə
etməyə imkan yaradır.
Telefonun əsas kamerası 13 Mp,
ön kamera isə 2 Mp-dir. Galaxy
S4-dəki yeniliklərdən biri də hər
iki kameranı eyni anda işlətmək,
həmçinin video çəkərkən şəkil də
çəkmək funksiyaları olub. Bunlar
Dual Camera və Drama Shot
funksiyaların köməyi ilə olub.
Samsung Galaxy S4 2600 mА/s
batareya ilə təchiz olunub.
Telefon 3 variantda satışa
buraxılacaq: 16, 32 və 64 GB.
Həmçinin 2 rəngdə tünd göy və
ağ rənglərdə olacaq. Aprel ayında
150 ölkədə satışa buraxılacaq.
ABŞ-da Samsung Galaxy S 4-ün
qiyməti müqavilə ilə 200$,
müqaviləsiz isə təxminən 567 $
olacaqdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев