Предыдущая публикация
Dərdə qucaq açdım mən bilə-bilə,
İşim zor olacaq bu gündən belə.
Gözüm,gözlərindən doymamış hələ,
Gözümü yollarda qoyub da,getdin…
Dəyişdi əhvalım,dəyişdi halım,
Belə zülüm olmaz,qadanı alım.
İnsafın yoxmu heç sənin ay zalım ?
Sevdiyinə necə qıyıb da,getdin…
Aldanma yalançı od baxışlara,
Altında qəm yatan şad baxışlara.
Qorxdum,bir anlığa yad baxışlara,
İnanıb da getdin,uyub da getdin…
Dedim getməyəsən bir an gözümdən,
Heç ayrı sanmadım səni özümdən.
Yanan atəşimdən,qalan közümdən,
Bir gün yanmağını duyub da,getdin…
Səninlə bir canda birdik ki axı,
Harda günaha yol verdik ki axı ?
Nə yatıb,nə yuxu gördük ki axı ?
Şairindən belə doyub da,getdin...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев