Предыдущая публикация
Sənsizliyi dadıram
Ən mahir yalançıyam
Özümü aldadıram
Mini gələr ağrının
görsə biri çəkilib
Vurduğun yarların
sanma yeri çəkilib
Bir az irəli gedib
bir az geri çəkilib
İzimi aldadıram
Bir səbəbin yerinə
min bəhanə sayıram
Gözlərimi bağlayıb
Yaylığa ağlayıram
Gözümü aldadıram
Yalanımda qoymadım
şübhə yeri, şəkk yeri
Ağrı necə gizlənir ?-
Təbəssümdü tək yeri
Dodağımla gülürəm,
üzümü aldadıram.
Bu tale tərs yazılıb
ha yanından çevirsən
Mən səni çox sevirəm
Sən də məni sevirsən
Sözümün üstə durub
sözümü aldadıram
Ən mahir yalançıyam -
Özümü aldadıram .
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев